Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1283
02.07.2024, 12:09
Vüsal Əliyev məhkəməyə veriləcək
Zaman-zaman adı daha çox maliyyə qalmaqallarında hallanan müğənni Vüsal Əliyevin restoran biznesi bir neçə aydır ki, tamamilə çöküb.
Oxu24.com xəbər verir ki, bu barədə müğənninin özü televiziya verilişlərinin birində bildirib: “Plansız şəkildə işə başladım .Dostum dəvət etdi,razılaşdım. 3 il restoran biznesi ilə məşğul oldum.Yoruldum,sənətimdən geri qaldım. Restorançılıq,çətin işdir. Müşahidlərim götərdi ki, sənətimdən başqa işlə məşğul olmaq mənə uğursuzluqlar gətirir. Əvvəllər – 2010-cu ildə məşğul olduğum biznes fəaliyyəti də mənə xeyli ziyan vurdu.”
Vüsal Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını bildirib.
Citypost.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Vüsal Əliyev tanınmış şair Şəmsi Vəfadar tərəfindən məhkəməyə verilə bilər.

Bu barədə saytımıza şair Şəmsi Vəfadar özü məlumat verib.
Şəmsi Vəfadarın sözlərinə görə, Vüsal Əliyev onun şeirinə yazılmış mahnını uzun müddət öncə ifa edib.
Söhbət 1995-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən nəşr edilmiş kitabında yer almış “Ya sev,ya öldür...” şeirinə Musa Musayev tərəfindən musiqi bəstələnmiş mahnıdan gedir.

Bu mahnı ifaçısına restoran biznesindən fərqli olaraq böyük uğur qazandırıb. O zamanlar məşhur olan audio kassetlərin və disklərin üzərindəki bildirişlərdə mahnının sözlərinin müəllifi Şəmsi Vəfadar,bəstəkarı Musa Musayev göstərilsə də, Vüsal Əliyev onların müəlliflik hüququnu pozub.
Vüsal Əliyev özünün yutub səhifəsində həmin mahnının sözlərinin müəllifi və bəstəkarı kimi öz adını və soyadını qeyd edib.
Şəmsi Vəfadar daha sonra deyib: “Həmin şeirin yer aldığı kitab elə çap olunduğu dövrdə indiki Əqli Əmlak Komitəsində tanınıb,qeydiyyata alınıb. Buraxdığı səhvi düzəltmək üçün Vüsal Əliyevə bir neçə ay öncə xəbərdarlıq edilib. Gözləyirəm, hələlik heç bir yenilik yoxdur. Əlbəttə, bir müddət də gözləyəcəm. Vüsal Əliyev böyük qəbahət hesab edilən hərəkətinə düzəliş etməsə,şeirimi oğurlayıb müəlliflik hüququmu mənimsədiyi üçün problemi sivil yolla həll etməkdən ötrü yəqin ki, məhkəməyə müraciət etməli olacağam”.
Miri
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.