Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112771
az

Kim Çen İnn Putinə nə hədiyyə edib?

20:2521 İyun, 2024
115
REDAKTORUN SEÇİMİ
  • A

İyunun 18-19-da Pxenyanda rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin Şimali Koreya sədri Kim Çen Ina babası Kim İr Senin portretini hədiyyə edib.

 

Oxu24.com xəbər verir ki,bu barədə  Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

 

Putinin Kim Çen Ina hədiyyələrini təqdim edərkən fotoda siz Şimali Koreyanın ilk lideri və hazırkı Şimali Koreya liderinin babası  Kim İr Senin çərçivəyə salınmış portretini görə bilərsiniz.

 

Hədiyyələr arasında həmçinin Palex miniatürü şəklində rəsmlə yazılmış yazı dəstini, böyük çay dəstini və qızıldan hazırlanmış admiral xəncəri də görmək olar.

 

Bundan əvvəl Kim Çen In Rusiya liderinə sağlamlıq arzularının əks olunduğu büst və Qırmızı Meydan üzərində prezidentin portreti olan sədəflə bəzədilmiş rəsm hədiyyə etmişdi.

Kim Çen Inın Putinə hədiyyələri arasında nadir Pungsan cinsindən olan iki ov iti də var. Onlar az tanınır və KXDR-dən kənarda demək olar ki, yoxdur.

Kreml prezidentin balaları bəyəndiyini, lakin hələlik onlara ad vermədiyini bildirib.

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Hava ilə bağlı AÇIQLAMA
Kişidən taksidə 69 yaşlı qadına qarşı şok əməl: Artıq tutuldu