Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109984
az

Polisdən bu şəxslə bağlı Bakı əhalisinə MÜHÜM MÜRACİƏT - FOTO

21:1426 May, 2024
445
REDAKTORUN SEÇİMİ
  • A
Bakıda maraqlı oğurluq hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə,  Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.  Zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.
 
İşin maraqlı tərəfi isə sözügedən şəxsin istifadə etdiyi metoddur. Belə ki, o, oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.
 
 
“Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb”, - DİN-dən bildirilib.
 
Qurum qeyd edib ki, faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb: “C.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü