Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104459
az

SON DƏQİQƏ! Polis bu rayonda əməliyyata başladı: Xeyli sayda tutulan var

09:3316 Mart, 2024
505
REDAKTORUN SEÇİMİ
  • A
Hacıqabulda polis silsilə əməliyyatlar keçirib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini Baxşıyev Natiq rayon ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib. N.Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib. Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Gözəlov Müşfiq və Əliyev Məhəmməd də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb. Şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülüb. Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb. Sonuncudan 1 ədəd “F-1” əl qumbarası və 5 ədəd patron aşkarlanaraq götürülüb. Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir. Miri Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir yeni qərar imzaladı
Əhaliyə xəbərdarlıq edildi - SEL GÖZLƏNİLİR
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ