Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91836
az

ŞOK! Məşhur general gizli şəkildə "Vaqner"ə qoşulubmuş

15:4730 İyun, 2023
163
DÜNYA
  • A

Ukraynadakı xüsusi əməliyyatlara rəhbərlik edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikin “Vaqner” Xüsusi Hərbi Şirkətinin gizli üzvü olub.

Oxu24.com  xəbər verir ki, bu barədə ABŞ-ın “CNN” televiziyası məxfi səndələrə əsasən məlumat yayıb.

Bildirilib ki, o, “Vaqner”in elit üzvləri qrupunda yer alıb. Bundan başqa, daha 30 yüksək rütbəli Rusiya hərbçisinin “Vaqner”lə gizli əməkdaşlıq etdiyi iddia olunur.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.

Bundan sonra özünün qəddarlığı ilə seçilən “Cənab Armegeddon” ləqəbli S. Surovikinin həbs edildiyi iddia olunub. Kreml hələ ki, məsələyə münasibət bildirməyib.

Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyük Britaniya milyonçusu iflas elan edir
“Putin mənimlə görüşmək istəyir”
Los-Ancelesdə baş verən yanğında ölənlərin      sayı     açıqlandı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Cinayətdə şübhəli bilinən70 nəfər saxlanıldı