Qaynar xətt:

(+99450) 247 90 86

İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi

CƏMİYYƏT

220

29.01.2023, 10:30

İranlı qadın xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, bu barədə Əhmədi özü yanvarın 28-də verdiyi açıqlamasında deyib.

22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.

O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.


Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.