“Araz” Supermarketləri qiymətləri endirdi
04 Dekabr 2025, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1763
26.01.2021, 18:47
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli və dinamik inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına real imkanlar yaradılıb.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, ölkədə reallaşdırılan dövlət gənclər siyasəti prokurorluq orqanlarında da davam etdirilməklə kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşması üçün ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu davam etdirilir.
Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 5 fevral 2021-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaqdır.
Həmçinin oxuyun
Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 12 sentyabr 2020-ci il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilmişdir.
Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
01:21 / 14 Dekabr 2025
6
00:52 / 14 Dekabr 2025
159
00:43 / 14 Dekabr 2025
19
00:04 / 14 Dekabr 2025
66
23:47 / 13 Dekabr 2025
604
23:44 / 13 Dekabr 2025
34
23:30 / 13 Dekabr 2025
46
22:45 / 13 Dekabr 2025
286
22:30 / 13 Dekabr 2025
92
22:28 / 13 Dekabr 2025
104
22:22 / 13 Dekabr 2025
111
22:11 / 13 Dekabr 2025
230
21:58 / 13 Dekabr 2025
387
21:34 / 13 Dekabr 2025
1001
21:21 / 13 Dekabr 2025
80
21:19 / 13 Dekabr 2025
105
21:15 / 13 Dekabr 2025
76
21:02 / 13 Dekabr 2025
71
20:49 / 13 Dekabr 2025
371
20:44 / 13 Dekabr 2025
91
20:36 / 13 Dekabr 2025
79
20:26 / 13 Dekabr 2025
76
20:01 / 13 Dekabr 2025
281
19:53 / 13 Dekabr 2025
96
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.