İşdən çıxanda bu şəxslərə pul verilir
05 Aprel 2026, 00:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
691
21.06.2020, 21:04
18 və 19 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahanın nəticələri 21 iyun saat 15:35-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:
– 9-cu sinif üzrə buraxılış imtahanları ( //eservices.dim.gov.az/2020/netorta/?frm=egov );
– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları ( //eservices.dim.gov.az/2020/netTEX/?frm=egov );
Həmçinin oxuyun
– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları ( //eservices.dim.gov.az/2020/netazd/?frm=egov ).
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 18434 nəfərdən 330 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1035 nəfərdən 337 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 3086 nəfərdən 120 nəfər imtahana gəlməyib. 4 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.
Qeyd: 18 və 19 iyun tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
00:47 / 05 Aprel 2026
1
00:09 / 05 Aprel 2026
100
23:55 / 04 Aprel 2026
121
23:42 / 04 Aprel 2026
45
23:26 / 04 Aprel 2026
65
23:22 / 04 Aprel 2026
96
23:04 / 04 Aprel 2026
207
22:47 / 04 Aprel 2026
807
22:39 / 04 Aprel 2026
167
22:27 / 04 Aprel 2026
660
22:24 / 04 Aprel 2026
152
22:22 / 04 Aprel 2026
214
22:20 / 04 Aprel 2026
192
22:20 / 04 Aprel 2026
2648
22:11 / 04 Aprel 2026
337
22:04 / 04 Aprel 2026
537
21:58 / 04 Aprel 2026
192
21:41 / 04 Aprel 2026
186
21:28 / 04 Aprel 2026
64
20:52 / 04 Aprel 2026
68
20:39 / 04 Aprel 2026
128
20:27 / 04 Aprel 2026
69
20:10 / 04 Aprel 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.