Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
315
az

Afaq Aslan "Lotu Quli"siz QALA BİLMƏDİ: "Sevgilim üçün..."

14:1406 Aprel, 2018
3289
ŞOU-BİZNES
  • A
 "Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, həmişəlik uçacam”.

Bu sözləri müğənni Afaq Aslan instaqram səhifəsində qeyd edib. Türkiyəyə köçməyə hazırlaşdığı deyilən müğənni məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb.


- Afaq xanım, "Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, mən də uçacam”, sözlərini instaqramda paylaşmısınız...

- Ürəyimdən keçələri statuslarda ifadə edirəm. Bu sözlər hazırkı əhval-ruhiyyəmi əks etdirir.

- Türkiyəyə köçmək fikrində olduğunuz deyilir, dorğudur?

- Ola bilər.

- Türkiyəyə köçdükdən sonra müğənnilik fəaliyyətinizi davam etdirəcəksiniz?

- Əlbəttə. Lakin hər dəqiqənin öz hökmü olduğunu unutmaq olmaz. Heç kim əvvəlcədən proqnoz verə bilməz ki, sabah nə baş verəcək.

- "Həyatda hər şey ola bilər” hissəsi aydındır. Bəs ürəyiniz nə deyir?

- Sevgilim üçün darıxıram... Sevdiyim şəxs qardaş ölkədə yaşayır. Bu səbəbdən də birdəfəlik Türkiyəyə köçüb orada yaşamağı çox arzulayıram.

- Belə anladım ki, söhbət "Lotu Quli"dən gedir.

- Şəxsi həyatım barədə açıqlama vermirəm. O, insanın kim olduğunu deməyəcəm. Yalnız onu deyə bilərəm ki, hər saniyə onun üçün darıxıram.

- Sevgiliniz uğrunda qurban verməyə hazırsınız?

- Nəinki onun, ilk növbədə sevgim üçün hər şey edərəm. Sevgi həm ürək istəyir, həm cəsarət istəyir, həm də qurban tələb edir. Qarşındakını həqiqətən sevirsənsə, qurban verəndə tərəddüd etməməlisən. Sevgi naminə bir çox məsələlərin üstündən düşünmədən xətt çəkə bilərəm.

- Buna dəyər?

- Əgər o, insan o sevgiyə layiqdirsə, niyə də yox. Sevgi azaddır, yaşa baxmır. Vurulduğun insanın məmur, biznesmen və ya hər hansı peşə sahibi olmasının fərqi yoxdur. Sevəcəyin şəxsi özün seçmirsən, hisslər özü xəbərsiz gəlib səni tapır.

- Qarşı tərəfin sevgisinin güclü və saf olmasından necə əmin olmusunuz?

- Heç vaxt tək tərəfli sevgi yaşamamışam. Bir insanın mənə qarşı məhəbbətindən əmin olmasam, onu sevə bilmərəm.

- Ayrı-ayı şəhərlərdə yaşayırsınız. Uzun məsafələr münasibətləri soyudur?

- Düşünmürəm ki, zaman və məsafələr hisslərimizi soyutsun. Aramızdakı məsafə uzaq ola bilər, əsas odur ki, ürəklər yaxın olsun.

- Münasibətlərin uğurlu alınması üçün qadın, yoxsa kişi daha çox çaba göstərməlidir?

- Əsasən qadın. Uzaq məsafələr sevgini soyutmur, amma xırda yalanlar sevgini öldürür. Arada səmimiyyət və yalansız münasibət varsa, hər şey yaxşı olacaq.
 
//Publika.Az
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı qız instagramı silkələdi: Göbəyi açıq, ehtiraslı görüntüsü ilə
Zerrin Özerin əri homoseksual çıxdı, özü xəstəxanalıq oldu
Məşhur müğənnimiz ölümcül qəzaya düşdü - Hansı həmkarı onu görüb kömək etmədi?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ