Rubl neçəyədir?
16 Dekabr 2025, 09:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
235
23.05.2024, 11:47
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Laçın rayonunun Zabux kənd tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, təlimdə FHN-in Qarabağ Regional Mərkəzinin, Laçın rayon Yanğından Mühafizə Hissəsinin, rayon Polis Şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təlimin keçirilməsində əsas məqsəd məktəb kollektivinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məktəbin kollektinə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Həmçinin oxuyun
Praktik mərhələdə isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, “zərərçəkmişlərin” xilas edilməsi, şərti zəlzələ zamanı təxliyə və ilkin tibbi yardımın göstərilməsi əməliyyatları həyata keçirilib.
Sonda məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.
Təlim prosesi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
09:29 / 16 Dekabr 2025
173
09:25 / 16 Dekabr 2025
14
09:18 / 16 Dekabr 2025
14
08:23 / 16 Dekabr 2025
33
08:21 / 16 Dekabr 2025
31
08:19 / 16 Dekabr 2025
42
00:25 / 16 Dekabr 2025
486
00:14 / 16 Dekabr 2025
133
00:03 / 16 Dekabr 2025
97
23:55 / 15 Dekabr 2025
84
23:51 / 15 Dekabr 2025
1102
23:45 / 15 Dekabr 2025
79
23:28 / 15 Dekabr 2025
105
23:25 / 15 Dekabr 2025
69
23:21 / 15 Dekabr 2025
187
23:14 / 15 Dekabr 2025
88
23:08 / 15 Dekabr 2025
93
23:02 / 15 Dekabr 2025
85
22:54 / 15 Dekabr 2025
71
22:49 / 15 Dekabr 2025
100
22:48 / 15 Dekabr 2025
80
22:31 / 15 Dekabr 2025
129
22:27 / 15 Dekabr 2025
90
22:09 / 15 Dekabr 2025
718
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.