Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106754
az

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – SƏBƏB

16:5822 Aprel, 2024
1195
  • A

Əməkdart artist Cavanşir Məmmədovun vəfatı həm sənət dünyasını, həm də onu sevənləri dərindən sarsıttı. Ürəktutmasından dünyasını dəyişən sənətçinin dəfnində az adamın iştirak etməsi müzakirə mövzusuna çevrildi. Hətta bu məsələ çoxları tərəfindən qınanıldı.

Maraqlıdır, niyə əksər məhşurların dəfnində insan sayı az olur? Bunun səbəbi nədir?

Oxu24.com  bildirir ki, mövzu ilə bağlı aparıcı Elgiz Əkbər “Yeni Sabah”a danışıb. Aparıcı qeyd edib ki, sənət adamlarının dəfnində iştirak etmək lazımdır:

“Bizdə sənət adamlarına layiq olduğu qiyməti vermirlər. Adamın mədəniyyət və incəsənət sahəsində xidmətləri var. Dünyasını dəyişib. Hər kəsin borcudur ki, onun dəfnində iştirak etsin. Bu səbəbdən həmin məsələdə üzrlü və üzrsüz səbəblər var. Mən efirdə idim. Xəbəri eşitdim, efir bitəndən sonra hüzr yerinə gəldim. Belə hesab edirəm ki, sənət adamlarının dəfnində iştirak etmək çox vacibdir”.

E.Əkbər bildirib ki, dəfn mərasimində iştirak etmək ölən adam üçün yox, bizim üçün vacibdir:

“Sənətkarların dəfnini təşkil etmək lazımdır. Azərbaycanda nə qədər qurum var. Bu cür işlər üçün də hər hansısa tədbirlər görülməlidir. Türkiyədə bu işlər yaxşı idarə olunur. Məhşurlardan kimsə vəfat edəndə nə qədər insan onun dəfninə toplaşır. Əsas isə həmkarlardır. Bizdə bu cür mərasimlərdə iştirak zəif olur. Dəfndə o qədər də insan olmur. "Üç" mərasiminə üstünlük verirlər. Ya da deyirlər ki, sonra gedərəm. Amma əsas vəfat etdiyi gündür. Həmin gün iştirak etmək lazımdır. Kənardan da nə isə deyiləndə xəcalət çəkməyək. Könül rahatlığı ilə deyə bilək ki, biz bu adamı son mənzilə yaxşı yola saldıq. Hər halda belə vəziyyətlərdə hər camiənin öz adamları var. Ancaq bunu təşkil etmək lazımdır. Bu təmtəraqlar bizə görədir. Onların dünyadan köçən adama heç bir xeyri yoxdur. Bu sənətə verilən qiyməti göstərir. Yoxsa 5 nəfərlə də bastırsalar eynidi, 3 nəfərlə də. Ölən adam bunu hiss etmir. Məşğul olduğu sahə üzrə əziyyətləri varsa, adamı hörmət və izzətlə son mənzilə yola salmaq vacibdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbrahim Tatlısəs əməliyyat oldu: vəziyyəti açıqlandı
İbrahim Tatlısəs reanimasiyaya yerləşdirildi - SON DƏQİQƏ
Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Futbolda şok yaşandı: Polis qapıçını güllələdi +VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb

Babasıgilə qonaq gedən 2 yaşlı uşaq faciəvi şəkildə öldü