Rubl neçəyədir?
16 Dekabr 2025, 09:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
23.01.2024, 15:40
Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan 2-si dünyasını dəyişib. Bu barədə Bakupost.az məlumat yayıb
Məlumata görə, körpələr sözügedən yanğından 3 gün sonra vəfat ediblər.
Xatırladaq ki, Perinatal Mərkəzdə yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Həmçinin oxuyun
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.
Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi.
09:29 / 16 Dekabr 2025
173
09:25 / 16 Dekabr 2025
14
09:18 / 16 Dekabr 2025
14
08:23 / 16 Dekabr 2025
33
08:21 / 16 Dekabr 2025
31
08:19 / 16 Dekabr 2025
42
00:25 / 16 Dekabr 2025
486
00:14 / 16 Dekabr 2025
133
00:03 / 16 Dekabr 2025
97
23:55 / 15 Dekabr 2025
84
23:51 / 15 Dekabr 2025
1102
23:45 / 15 Dekabr 2025
79
23:28 / 15 Dekabr 2025
105
23:25 / 15 Dekabr 2025
69
23:21 / 15 Dekabr 2025
187
23:14 / 15 Dekabr 2025
88
23:08 / 15 Dekabr 2025
93
23:02 / 15 Dekabr 2025
85
22:54 / 15 Dekabr 2025
71
22:49 / 15 Dekabr 2025
100
22:48 / 15 Dekabr 2025
80
22:31 / 15 Dekabr 2025
129
22:27 / 15 Dekabr 2025
90
22:09 / 15 Dekabr 2025
718
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.