Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilər dinc sakinimizi vurdu

Ermənilər dinc sakinimizi vurdu

QARABAĞ

2443

18.04.2018, 16:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
Oxu24.com  APA-ya istinadən xəbər verir ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.
Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.