Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7231
az

Paşinyandan Dilqəm və Şahbazla bağlı ŞOK ETİRAF: Daha iki Ramil Səfərovu...

14:4720 Noyabr, 2018
819
QARABAĞ
  • A
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib.

Publika.az  xəbər  verir  ki, bu etirafı Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən edib.

Karen Kazaryanın qohumları etiraz aksiyası keçirərək yolları bağlayıblar.

Paşinyan onlardan soruşur ki, “bu etiraz kimə qarşıdır”.

“Əgər Azərbaycana qarşıdırsa, onda niyə yolları bağlayırsınız, yox, əgər bizə qarşıdırsa və hesab edirsinizsə ki, az diqqət göstərilir, bu, doğru deyil. Mənim həyat yoldaşım iki dəfə bu ailə ilə görüşüb, mən də görüşəcəm. Əgər hesab edirsinizsə ki, Ermənistan Kazaryanın qaytarılması üçün səyləri artırılmalıdır, o zaman anlamaq lazımdır ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır. Nəyin bahasına olursa olsun, məsələnin həllini tələb edərkən, cəmiyyətin bunu necə qarşılayacağına da baxmaq lazımdır. Azərbaycan tərəfi dəyişdirməyi təklif edir. Biz buna getməliyikmi? Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarsaq, o zaman erməni ailələrinə necə cavab verəcəyik? Biz daha iki Ramil Səfərovu qaytaraqmı? Mən Kazaryan ailəsini anlayıram və hörmət edirəm, lakin yolları bağlamağı anlamıram. Yəni nəsə elə bir şey varmı ki, edə bilərdik, amma etmədik?”, - deyə Paşinyan bununla həm də Azərbaycanın masaya Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şərtini qoyduğunu etiraf edib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılması planlaşdırılır
Xankəndidə tapılan silah-sursatın sayı AÇIQLANDI
Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var