Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65818
az

Rusiya Xocalını Azərbaycana təhvil verəcək - Moskva görüşünün DETALLARI

19:4323 Fevral, 2022
550
QARABAĞ
  • A

Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" İlham Əliyev və Vladimir Putinin iştirakı ilə Bəyannamə imzalandı. 

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu günə kimi Rusiya ilə aramızda 245 sənəd imzalanıb. Lakin ötən gün imzalanmış Bəyannamə onların arasında xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır ki, bu, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlərin qurulması istiqamətində iki ölkə arasında önəmli mərhələnin başlanğıcı da adlandırıla bilər. 

Azərbaycan dövlət başçısı ilə tarixi sənədin imzalanmasından sonra mediaya "Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik", açıqlaması verən Putin bu sözləri ilə bəyan etmiş oldu ki, rəsmi Moskva bu gündən tərəfdaşdan müttəfiqə çevrilən Azərbaycanın da maraqlarını bütün bölgəsəl və regional məsələlərdə nəzərə alacaq.

Rusiya anlayır ki, nə qədər öz iqtisadi və hərbi potensialına güvənsə də bu gun müttəfiqlik etməyi bacaran, sözü, əməli bir olan, sürətlə inkişaf edən etibarlı bir dövlətlə bütün sahələrdə əməkdaşlığa böyük ehtiyac var. Rusiya tərəfindən bu dövlətin Azərbaycan olaraq seçilməsi heç də təsadüfi deyil.

Moskva tükü-tükdən seçən, kimin kim olduğunu, gələcəkdə kimin hansı yerdə olacağını çox yaxşı analiz etməyi bacaran beyin mərkəzlərindən biridir. O səbəbdən də Moskva yaxşı anlayır ki, Azərbaycandan daha etibarlı dövlət axtarmaq indiki dünya düzənində çox riskli ola bilər.

Çünkü rəsmi Bakı gücünü istər müharibə zamanı döyüş meydanında, istərsə də diplomatik sferada yetəri qədər yaxşı tərəfdən nümayiş etdirməyi bacardı.

Hətta Rusiyadan Ermənistanın azərbaycana qarşı istifadə etməsi üçün adı hallanan bəzi qanunsuz silah satışı, istifadəsi qadağa edilən raket komplekslərinin ötürülməsi ilə bağlı məsələləri çox da açıb-ağartmamaqla dəfələrlə ölkənin birinci adamının dilindən Moskvaya "Biz hər şeyi, nəyin nə olduğunu çox yaxşı bilirik. Amma bizim düşmənimiz, hədəfimiz siz yox, Ermənistanın işğalçı, terrorçu rejimidir" kimi lazımi mesajlar verilərək, Rusiyanın hərbi sənayesini daha çox zərbə altında qoymamaqla ona əsl mərdlik dərsi keçdi.

Məhz bu amil də Rusiyanın belə qəliz bir geosiyasi proseslərin mərkəzində yer aldığı bir vaxtda özünə etibarlı müttəfiq axtarışı zamanı Bakının üzərində dayanmasında olduqca böyük təsir edən məqamlardandır. Düzü, Azərbaycan dəfələrlə bu cür addımları ilə sözü, addımı bir olduğunu hər kəsə göstərib.

Azərbaycanın bütün qonşularına, region və dünya dövlətlərinə münasibəti, ərazi bütövlükləri ilə bağlı mövqeyi bəst-bəllidir. Biz buna İlham Əliyevin yanvarın ortalarında Ukrayna səfəri zamanı bir daha açıq-aydın şahid olduq.

 

Rəsmi Bakı bu məsələdə hər zaman kartlarını açıq oynayıb. Bu nöqteyi nəzərdən dünənki sənədin imzalanması mərasimində əsasən Rusiya dövlət başçısının nə deyəcəyi, hansı açıqlamalarla diqqət mərkəzinə düşəcəyi Azərbaycan ictimaiyyətində daha diqqətlə izlənilirdi. Buna səbəb yaradan məsələrdən biri də məhz bir gün əvvəl Kreml rəhbərinin qondarma Donetsk və Luqanskın "müstəqilliyini" tanımasi ilə bağlı qərarı oldu ki, bütün dünya bu hadisənin şokundan hələ də ayılmayıb. Məhz belə bir məqamda Putinin İlham Əliyevlə görüşü zamanı Moskvada imzalanan müttəfiqlik sənədi barədə danışarkən "bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla..." ifadələri Azərbaycan üçün olduqca önəm kəsb edən bir açıqlamadır ki, biz bu cür ifadələrə Moskva Bəyannaməsinin bəndlərində də tez-tez rast gəldik. 

Rusiya lideri bu sözləri ilə bir daha Azərbaycanla əlaqələrin daha yüksək, yeni bir mərhələyə başladığını, "Bakının istəklərini, maraqlarını da nəzərə almağa məcburuq" mesajını vermiş oldu. 

İstənilən halda bu müttəfiqlikdən Azərbaycanın daha çox qazanan tərəf kimi çıxmaq şansı var. Bu gün hələ də Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonalarında həllini tapmayan, Azərbaycanı narahat edən bir çox məsələlər qalmaqdadır ki, həmin problemlərin də bu sənəddən sonra Bakının maraqlarına uyğun şəkildə həlli istiqamətində mühüm irəliləyişlərin nəzərə çarpacağı istisna edilmir.

Bununla bağlı Moskva Bəyanatının imzalanması mərasimindən sonra Putinlə birgə mətbuata bəyanatla çıxış edən İlham Əliyev açıqlamasında bu məsələni məhz Kreml rəhbərinin üzünə qarşı Moskvada "Bakı İrəvandan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsini, o cümlədən erməni silahlı qüvvələrinin bütün Qarabağ ərazisindən çıxarılmasını gözləyir" deməklə bir növ Rusiyanı götürdüyü öhdəliyi yerinə yetirməməkdə ittiham etdi. Yaxşı bilirik ki, Rusiyanın rəsmi iştirakı ilə imzalanan üçtərəfli bəyanatın imzalanmasından 15 aydan çox vaxt keçməsinə baxmayaraq, 4-cü (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir-red) və 9-cü bəndlərində (Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək - red) nəzərdə tutulan müddəlar hələ də öz həllini tapmayıb.

 

Dünən Azərbaycan dövlət başçısının birgə mətbuat konfransında bu məqamı qeyd edərək, Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin də olduqca ləng getməsindən gileylənməsi Azərbaycanın haqlı mövqeyini sonadək müdafiə edəcəyini bir daha nümayiş etdirdi. Nəzərə alsaq ki, Bəyannamənin ilk bəndində məhz "ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq ..." ifadəsinə diqqət yetirsək, o zaman bizə bir çox məqam aydın ola bilər. Əgər Rusiyanın əsas adamı Qarabağı istər müharibə, istərsə də müharibədən sonrakı mərhələdə etdiyi açıqlamalarda Azərbaycanın tarixi torpaqları kimi qeyd etdisə, bu o deməkdir ki, Bəyannamədə yer alan bu ifadə ilə Moskva yaxın gələcəkdə Qarabağın dağlıq hissəsində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasında olan ərazilərin tezliklə Azərbaycanın ixtiyarına veriləcəyinə bir işarə etmiş oldu.

Moskva Bəyannaməsinin ilk bəndində qeyd edilən "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar" fikirlər bu gün eyni zamanda rəsmi Moskva üçün hava-su kimi əhəmiyyət kəsb edir. 

SƏBƏB:

Hazırda Azərbaycan dünyada yeganə dövlətdir ki, həm NATO-nun əsas güclərindən hesab edilən Türkiyə ilə müttəfiqlik bəyanatı imzalayıb (Şuşa bəyannaməsi), həm də NATO-nun bu gün soyuq müharibəsinin pik həddə çatdığı Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sənədə qol çəkdi.

Bununla da Azərbaycan demək olar ki, dünyanı aralarında bölən iki güc mərkəzi ilə (Qərb - Rusiya) dil tapan, hər iki tərəfin əməkdaşlıqda maraqlı olduğu ən yaxın müttəfiqə çevrilir. Eyni zamanda dünənki Bəyanatı imzalamaqla Azərbaycan ona ola biləcək təhdidləri də dəf etməklə yanaşı, özünü dünyadakı bu qarışıq, mürəkkəb proseslərdən itkisiz, ən az zərərlə çıxarmaq üçün gələcəyə hesablanmış növbəti uğurlu xarici siyasi əlaqələrin təmilini qoydu.

Aydındır ki, Rusiya Türkiyə ilə Azərbaycan arasında keçən il imzalanan Şuşa Bəyannaməsindən narahat olmadığını gsötərməyə çalışsa da əndişəsi diqqətdən qaçmırdı. Biz bunu xüsusilə də Rusiyanın keçən ilin sonlarında (17 dekabrda) NATO-ya ünvanladığı ultimatum xarakterli sənədin 7-ci maddəsində açıq müşahidə edə bildik. Belə ki, rəsmi Moskva NATO-ya ünvanladığı sənədin məlum bəndində "NATO-ya üzv dövlətlər Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada heç bir hərbi fəaliyyəti göstərməyəcəklər" ifadəsinə yer verib ki, bu maddənin elə məhz Cənubi Qafqazda NATO üzvü Türkiyə və Azərbaycan arasındakı hərbi inteqrasiyanı nəzərdə tutduğu aydındır.

Ultimatumdan sonrakı periodda Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan tərəfindən ratifikasiya edilib qüvvəyə mindiyini gördük. Bununla da hər iki tərəf Moskvanın narahatlığının daha işinə yaramayacağını rəsmi şəkildə elan etdi. Beləcə, heç bir halda Şuşa Bəyannaməsinin dəyişməyəcəyi, təhlükəsizliyimizdə birinci önəm təşkil edəcəyi təmin olundu. 

 

Belə aydın olur ki, Ukrayna ilə gərginlik fonunda Rusiya kollektiv NATO-dan ala bilmədiyi toxunulmazlıq təminatını Azərbaycan vasitəsilə reallaşdırmaq istəyir. Dolayısı ilə Rusiya istəyir ki, Azərbaycan onun sabitliyinin, ərazi bütövlüyünün Cənubi Qafqazda təminatçısına çevrilsin. Ona görə, bəlkə də Moskva Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan arasında ikili çərçivədə qalacağı, NATO müstəvisinə keçməyəcəyi barədə təminat istəyirdi, Moskva Bəyannaməsi ilə də həmin istəyinə nail oldu deyə bilərik.

Şübhəsiz ki, istər 44 günlük müharibə zamanı, istərsə də postkonlift dövründə regional və qlobal proseslərlə bağlı qərarlarında Ankara ilə daim təmasda olan rəsmi Bakının bu məsələylə bağlı da Türkiyənin mövqeyini öyrəndiyi istisna edilmir. Rusiyanın strateji qayğılarını və NATO-nu özünə təhdid kimi görməsini anlayırıq. Buna görə də hər iki tərəfin özünü güvəndə hiss edəcəyi yeni qaydalar və prinsiplər formalaşdırmağımıza ehtiyac var idi ki, Bakı da bu fürsətdən yararlanmağı bacardı. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Bakıda 16 yaşlı qız      itkin      düşüb