Qaynar xətt:

(+99450) 247 90 86

Sabah Qarabağda gizlənmiş ermənilərin axtarışları aparılacaq

Sabah Qarabağda gizlənmiş ermənilərin axtarışları aparılacaq

QARABAĞ

1573

17.01.2021, 23:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağda müxtəlif istiqamətdə işğalçı Ermənistan ortdusunun hərbçilərinin qalıqlarının axtarışları davam edir. 

Oxu24.com xəbər verir ki, aparılan axtarışlar zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Məlumata görə, erməni hərbçilərinin qalıqları Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da Qarabağda indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.