Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
2978
15.01.2021, 20:29
“Birgə Monitorinq Mərkəzi üçün yer müəyyən edilib, konteynerlər gəlib, tikinti başlayıb. İlk mərhələdə eyni sayda – 60 türk, 60 rus hərbçinin olacağı bir mərkəz qurulur”. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mərkəz Ağdamda yerləşir. Təmas xəttinə təxminən səkkiz kilometr məsafədədir. Azərbaycanlılar da məmnundur. Əsgərlərimiz də artıq getməyə başlayıb. Bura böyük bir qərargah deyil, monitorinq mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikitərəfli anlaşma edərək, lazımı dəstəyi hər zaman verə bilərik. Biz, həmçinin Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalanması üçün Moskvanı da təşviq edirik” - deyə Cavuşoğlu bildirib.
Türkiyə XİN rəhbəri həmçinin Qarabağda Rusiya sülhməramlılarının sayının üçtərəfli birgə bəyanatda göstəriləndən çox olması iddialarına da cavab verib: “Bu barədə Azərbaycandan bir şikayət gəlməyib. Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Azərbaycandan icazəsiz bunlar edilməməlidir. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”.
Türkiyəli nazir, eyni zamanda Naxçıvana açılacaq dəhlizlə bağlı hər-hansı bir problemin olmadığını da vurğulayıb: “Heç bir problem yoxdur. Moskvadakı Rusiya-Azərbaycan-Ermənistan zirvəsində də bu təsdiqlənib”.
14:31 / 14 Noyabr 2026
41
14:24 / 14 Noyabr 2026
77
14:19 / 14 Noyabr 2026
66
14:15 / 14 Noyabr 2026
66
14:09 / 14 Noyabr 2026
151
13:50 / 14 Noyabr 2026
1111
13:48 / 14 Noyabr 2026
99
13:16 / 14 Noyabr 2026
96
13:03 / 14 Noyabr 2026
94
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
109
12:09 / 14 Noyabr 2026
123
11:58 / 14 Noyabr 2026
120
11:50 / 14 Noyabr 2026
103
11:39 / 14 Noyabr 2026
102
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
125
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
136
10:36 / 14 Noyabr 2026
133
10:17 / 14 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.