Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev Xocalıda - Video

İlham Əliyev Xocalıda - Video

QARABAĞ

3016

15.01.2021, 20:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün işğaldan azad edilmiş torpaqlara səfər edən Prezident İlham Əliyev Xocalı rayonunun Sığnaq kəndində də olub.

Bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb. İ. Əliyev yaşayış yerlərinin birində Azərbaycan və Türkiyənin bayrağının asıldığını bildirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı asılmış portretinə “iki qardaş!” deyərək reaksiya verib.

Dövlət başçısı qeyd edib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyırdı: “Ordumuz böyük qəhrəmanlıq göstərib işğalçılardan bu kəndləri azad etmişdir”.

Prezident növbəti istiqamətin Daşaltı kəndi və Şuşa şəhəri olduğunu vurğulayıb.