Qarabağda yeni milli parklar yaradılacaq
23 May 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
962
20.11.2020, 13:19
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır.
Oxu24.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətdində deyib.
Dövlət başçısı bildirib:
"Bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.
Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır".
00:45 / 26 May 2026
87
00:09 / 26 May 2026
110
00:04 / 26 May 2026
228
23:56 / 25 May 2026
313
23:50 / 25 May 2026
160
23:42 / 25 May 2026
201
23:41 / 25 May 2026
222
23:39 / 25 May 2026
221
23:36 / 25 May 2026
84
23:34 / 25 May 2026
472
23:26 / 25 May 2026
184
23:24 / 25 May 2026
139
23:22 / 25 May 2026
97
23:17 / 25 May 2026
94
23:13 / 25 May 2026
74
23:12 / 25 May 2026
84
23:07 / 25 May 2026
89
23:04 / 25 May 2026
81
23:01 / 25 May 2026
155
22:57 / 25 May 2026
100
22:54 / 25 May 2026
86
22:49 / 25 May 2026
95
22:48 / 25 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.