Mərkəzi Afrika Respublikası (MAR) aralarında mərhum teoloq və politoloq Heydər Camalın oğlu, rusiyalı jurnalist Orxan Camalın da olduğu 3 jurnalistin öldürülməsinin detallarının açıqlayıb.
Oxu24.com -un məlumatına görə, “Associated Press” Sibyu şəhərinin rəsmisi Marselina Yoyoya istinadən yazır ki, Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlamaq üçün MAR-a yollanan çəkiliş qrupunun üzvlərini 10 nəfər tutub.
Onlar ərəb dilində danışıblar: “Çəkiliş qrupu axşam saat 19:00 radələrində şəhərdən çıxıb. Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib, lakin qulaq asmayıblar. Onlara Sibyu şəhərindən 23 km uzaqlıqda hücum edilib. Hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar".
Sibyu şəhərinin meri Andri Depele bundan əvvəl verdiyi açıqlamasında bildirmişdi ki, hücum nəticəsində jurnalistləri daşıyan nəqliyyat vasitəsinin sürücüsü sağ qalıb. Onun sözlərinə görə, çəkiliş qrupu gecə yarısı kolların arasından atəşə tutulub.
Rusiyalı jurnalistlərin MAR-a sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərildiyi təsdiqlənib.
Günün təklif olunan videosu
Oxu24.com
ŞƏRHLƏR