Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40240
az

Azərbaycanı böyük qələbəyə aparan SİYASƏT - Düşmən aciz vəziyyətdə...

18:2516 Oktyabr, 2020
750
QARABAĞ
  • A

Ali Baş Komandan dünya ictimiyyətinə Qarabağda hazırda cərəyan edən hadisələrin çatdırılmasında və erməni təxribatlarının ifşa edilməsində Azərbaycanın əsas gücünə çevrilib. Cəbhədə döyüşlər başladığından bəri qısa zaman kəsiyində dünyanın ən nüfuzlu telekanallarına və agentliklərinə ard-arda verdiyi müsahibələrdə Azərbaycanın Qarabağ həqiqətlərini nümayiş etdirən Prezident İlham Əliyev, heç dünya ictimaiyyətinin də onun siyasi rəqibi kimi görmədiyi Paşinyanı elə onların gözü qarşısında göstərdiyi faktlar, gətirdiyi arqumentlərlə aciz duruma salmaqda davam edir.

Prezident bu dəfə elə Ermənistan əhalisi arasında da populyar olan Rusiyanın məşhur Ria Novosti agentliyinə müsahibə verib. Rusiyanın "RİA Novosti" agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsi Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sferasındakı çəkisini bir daha ortaya qoydu. Hər dəfə olduğu kimi bu dəfə də güclü, yüksək intellektual və mədəni səviyyəyə malik azərbaycanlı obrazını göz önünə sərən Prezident İlham Əliyevin cavabları fonunda Ermənistanın baş naziri ümumiyyətlə görünməyib, dərsini bilməyən uşaq təsiri bağışlayıb. Yenə qətiyyətli və iradəli mövqeyi ilə diqqətləri üzərinə çəkən Ali Baş Komandan Azərbaycanın Qarabağla bağlı Ermənistana gedə biləcəyi kompromisin izahını da verib.

O, Azərbaycanın mövqeyinin Ermənistana kompromis nöqteyi nəzərindən çox konstruktiv, ardıcıl olduğunu qeyd edib. Prezident bu mövqenin həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin ərazilərimizdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslandığını diqqətə çatdırıb. Rəsmi Bakının mövqeyinin həmişə praqmatik yanaşmaya əsaslandığını qeyd edən Prezident İlham Əliyev, danışıqlar masası üzərində olan variantların buna əyani sübut olduğunu bildirib. Bu müsahibəsində bir daha Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcəyini Ermənistanın və ermənipərəst qüvvələrin diqqətinə çatdıran Ali Baş Komandan, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni və Azərbaycan icmasının dinc yanaşı yaşaya biləcəyinin mümkünlüyünü vurğulayıb. Prezident həmçinin Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlıların bəzən bir kənddə yaşayıb, işlədiklərini, onların arasında heç bir ziddiyyətin yaranmadığını qeyd etməklə Paşinyan və ondan öncəki sələflərini növbəti dəfə şovinistlikdə, qatı millətçilikdə ittiham etmiş olub. Prezident prinsip etibarilə Ermənistanla mümkün kompromislərə Azərbaycanın yanaşmasını baza prinsiplərindən bir qədər də geniş açıqlayıb.

Prezidentin cavablarında ən diqqət çəkən məqam isə Azərbaycanın işğala son qoymaq üçün apardığı əks-hücum əməliyyatları ilə bağlı dünya ictimaiyyətinə verdiyi önəmli mesaj idi. Belə ki, cənab Prezident Azərbaycan Ordusunun Vətən Müharibəsini BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycanın ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslandığını bildirib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı