Rəşadət Piriyevin nəşinin qalıqları Bərdədə dəfn olunub
22 May 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
1056
16.10.2020, 00:30
Bu gün Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Uzun müddət işğalda qalan bu kəndlərin adlarını gənc nəsilin böyük qismi ilk dəfədir ki, eşidirlər.
Oxu24.com Teleqraf.com-a istinadən azad olmuş kəndlərin adlarının (toponimlərin) mənşəyi və izahını təqdim edir.
Füzuli rayonu üzrə;
Arış kəndi – Qədim türkcədə arıs-arış hissə, qol mənasını verir. Tayfanın 1 qolu və ya hissəsi. Gədəbəydə Arışlı kəndi, Qubada Arısküş kəndi, Başqırdıstanda Arış kəndi qeydə alınıb.
Cəbrayıl rayonu üzrə;
Doşulu kəndi- Azərbaycanın cənub hissəsindən gəlib burada məskən salmış Doşu və Gəybəy qardaşlarının adı ilə adlandırılıb.
Xocavənd rayonu üzrə;
Edişə kəndi – Türk qıpçaq tayfaları olan edişəlilər indiki Cəlilabad, Xocavənd eləcə də Şimali Qafqazda,Gürcüstan və Qarsda məskunlaşıb. Adları çəkilən ərazilərdə Edişə adlı kəndlər mövcuddur.
Düdükçü kəndi – Bu ərazilərdə türk soylu Düdükçü nəslinə aid ailələr məskən saldığına görə belə adlanır.
Edilli kəndi – Türkdilli qıpçaq tayfalarının 1 qolu olan Edlər bu ərazilərdə eləcə də Qars və Göyçə mahalında məskunlaşıblar. “Ed eli” mənasını verir. Qars və Göyçədə Etil adlı kəndlər mövcud olub.
Çiraquz kəndi – Çıraq türk tayfalarının yaşadığı məskən. Qafqaz və orta Asiyada Çıraqlar, Çıraqlı adlı kəndlər mövcuddur.
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.