Rəşadət Piriyevin nəşinin qalıqları Bərdədə dəfn olunub
22 May 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
819
12.10.2020, 23:36
Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərinin qaranlığa büründüyü haqda erməni mediası reportajlar yayıb.
KONKRET.az xəbər verir ki, Ermənistan mediası evlərdə işıqların yanmamasına səbəb kimi insanların atəşkəsə inanmadığını və buna görə də sığınacaqlarda olduğunu qeyd edib. Guya “hər işıq” PUA-lar üçün hədəf ola bilər.
Ancaq maraqlıdır ki, videolarda hər binada bir və ya bir neçə mənzildə işığın yandığı görünür. Əgər doğrudan da işıq Azərbaycan PUA-ları üçün “hədəf”dirsə, onda binada ümumiyyətlə bir mənzildə belə işıq yanmamalı idi.
Bəs, niyə binada yaşayanlar içərisində işığı yandırmağa cəsarət edənlər var və onların binanı “hədəfə çevirməsinə” digərləri etiraz etmirlər?
Əsl həqiqət tamamilə başqadır. Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəf almır və bu, hamının bildiyi həqiqətdir!
Məsələ ondadır ki, onsuz da acınacaqlı vəziyyətdə olan və dolanışığın həddən artıq çətin olduğu işğaldakı ərazilərimizdə müharibənin başladığı ilk gündən ciddi ərzaq çatışmazlığı özünü göstərdi. Hətta Xankəndidə dükanlarda ərzağın qurtarması səbəbindən cəmi bir mağazanın işlədiyi, onun da əsasən zəruri qida məhsulları, o cümlədən çörək satdığı bildirilirdi. Qeyd edilirdi ki, un Xankəndiyə Ermənistandan gətirilir. Hazırda isə müharibə şəraiti olduğu üçün un gəlmir və və ya çox az gəlir, bu səbəbdən də insanlar Xankəndidə aclıq çəkirlər.
Xankəndidən kütləvi köçün başlamasının səbəbləri illərdir insanların acınacaqlı vəziyyətdə yaşaması, son günlər isə çörək belə tapmamalarıdır. Hazırkı mənzərə də bunun nəticəsidir. Xankəndini böyük əksəriyyət tərk edib, elektrik enerjisi çatışmazlığı səbəbindən isə əksər küçələrin işıqlandırılması dayandırılıb, yalnız mərkəzi küçədə bir hissə işıqlandırılır.
Xankəndi əslində əhəmiyyətli dərəcədə boşaldılıb.
01:03 / 23 May 2026
207
00:16 / 23 May 2026
315
00:09 / 23 May 2026
255
00:06 / 23 May 2026
177
00:04 / 23 May 2026
123
00:00 / 23 May 2026
326
23:49 / 22 May 2026
133
23:45 / 22 May 2026
415
23:43 / 22 May 2026
259
23:38 / 22 May 2026
195
23:30 / 22 May 2026
220
23:30 / 22 May 2026
124
23:19 / 22 May 2026
143
23:18 / 22 May 2026
159
23:14 / 22 May 2026
168
23:02 / 22 May 2026
505
22:56 / 22 May 2026
115
22:56 / 22 May 2026
119
22:52 / 22 May 2026
233
22:47 / 22 May 2026
111
22:40 / 22 May 2026
269
22:34 / 22 May 2026
1072
22:16 / 22 May 2026
300
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.