Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2983
az

Cəbhədə gərginlik: ermənilər hərəkətə keçir, Azərbaycan ordusu onları geri oturdur — TƏFƏRRÜAT

15:5717 İyun, 2018
6515
QARABAĞ
  • A
 Ermənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluğu onları Qarabağ münaqişəsi zonasında gərginliyi artırmağa vadar edib. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə atəşi gücləndirib. Azərbaycan ordusunun cavab atəşi nəticəsində Tərtər, Goranboy və Ağdam istiqamətində düşmən əhəmiyyətli itkilər verib. Buna baxmayaraq Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı susmağa davam edir.

Oxu24.com -un  məlumatına görə, haqqin.az saytı hərbi mənbələrə istinadən yazıb ki, Tərtər rayonunun işğal olunmuş ərazisində erməni hərbçilərinin Azərbaycan mövqelərini izləmək üçün quraşdırdığı müşahidə kamerası sıradan çıxarılıb.

İşğal olunmuş Seysulan kəndində erməni hərbçilərinin mühəndis işləri keçirməyə cəhd etdikləri çox funksiyalı “Hyundai” markalı ağır texnika məhv edilib.

Bundan başqa, Tərtər rayonu istiqamətində cavab atəşi ilə düşmən postu dağıdılıb, nəticədə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.

Tərtər rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun digər bölmələri erməni hərbçilərə məxsus “Kamaz” markalı yük maşınını məhv ediblər.
Eyni zamanda Tərtərin rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən Azərbaycan ordusunun bölmələrinin cavab atəşilə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.

Ermənistan ordusunun bu qədər artan fəallığına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, bu, Naxçıvan istiqamətindəki məğlubiyyətlə bağlı ola bilər.

“Qarabağ istiqamətində gərginlik yaratmaqla onlar Naxçıvan istiqamətindəki məğlubiyyətdən öz xalqının diqqətini yayındırmaq istəyirlər. Lakin bununla öz vəziyyətlərini ağırlaşdırdılar. İndi onlar ölkədə yeni etirazlardan ehtiyatlanaraq öz itkiləri gizlətmək məcburiyyətindədirlər”, - deyə ekspert qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu