İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?
21 Oktyabr 2026, 21:06
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
1547
20.04.2020, 10:49
Avropa Şurası Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”lə bağlı mövqeyini açıqlayıb.
Oxu24.com xəbər verir ki,“Report”un Fransa bürosunun sorğusuna cavab olaraq qurumun Kommunikasiya Direktorluğundan bildiriblər ki, Avropa Şurası Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır.
Direktorluqdan vurğulanıb ki, Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində qeyd edildiyi kimi, Avropa Şurası Azərbaycan da daxil olmaqla, bütün üzv ölkələrinin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətə tam sadiqliyini dəfələrlə bəyan edib.
“Avropa Şurasının prinsipial və məlum mövqeyi ondan ibarətdir ki, üzv ölkənin konstitusiya nizamına zidd və ya ondan kənar təşkil edilən istənilən seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur və hüquqi tanınmamalı və ya hesab edilməməlidir. Bu mövqe Dağlıq Qarabağda keçirilmiş son qondarma “seçkilər”ə münasibətdə də keçərlidir” - qondarma “seçkilər”lə bağlı Avropa Şurasının mövqeyinə dair məlumatda bildirilib.
Qeyd edilib ki, Avropa Şurası münaqişənin dinc nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir.
20:07 / 26 Oktyabr 2026
8
19:57 / 26 Oktyabr 2026
23
19:43 / 26 Oktyabr 2026
57
19:17 / 26 Oktyabr 2026
58
19:00 / 26 Oktyabr 2026
62
18:47 / 26 Oktyabr 2026
73
18:36 / 26 Oktyabr 2026
83
18:20 / 26 Oktyabr 2026
81
18:10 / 26 Oktyabr 2026
76
17:45 / 26 Oktyabr 2026
160
17:01 / 26 Oktyabr 2026
112
17:00 / 26 Oktyabr 2026
324
16:58 / 26 Oktyabr 2026
82
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
111
16:17 / 26 Oktyabr 2026
113
16:08 / 26 Oktyabr 2026
281
15:57 / 26 Oktyabr 2026
99
15:50 / 26 Oktyabr 2026
325
15:48 / 26 Oktyabr 2026
167
15:44 / 26 Oktyabr 2026
226
15:41 / 26 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.