Bu gün Ağdam cəbhəsində ermənilərin snayperlə şəhid etdiyi hərbi qulluqçumuz mayor olub.
Oxu24.com xəbər verir ki, 1983-cü il təvəllüdlü Omarov Aqil Akif oğlu Qax rayonunun Lələpaşa kəndindədir.
36 yaşlı şəhid mayor, tabor komandiri olub. 2 övladı olan şəhidimiz Qax rayonunda dəfn ediləcək.
Xatırladaq ki, Aqil Omarov bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən dünyasını dəyişib.
Oxu24.com
ŞƏRHLƏR