Qaynar xətt:

(+99450) 247 90 86

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

QARABAĞ

312

13.05.2024, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (06.05.2024 - 12.05.2024) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 6 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 358 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 880.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.