Azərbaycanla Ermənistan arasında imzalanmış 1994-cü il atəşkəsinin ilk dəfə genişmiqyaslı şəkildə pozulması 2008-ci ilə təsadüf edir.Məhz 2008-ci il martın 4-də Ermənistan silahlı qüvvələri atəşkəsi şiddətli şəkildə pozdu. Düşmən Tərtər rayonunda işğal etdikləri mövqelərdən Azərbaycan silahlı qüvvələrinin istqamətində hücuma cəhd göstərdi. Amma ermənilərin planları heç də istədikləri kimi getmədi. Hücumun qarşısını alan Azərbaycan silahlı qüvvələrinin hissələri əks-hücuma keçərək, Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etdilər.
Oxu24.com xəbər verir ki, 2008-ci ilin martın 4-də Tərtərin işğal altındakı Göyarx kəndində gedən döyüşlərin tablosu təxminən aşağıdakı kimidir:
Bu döyüşlərə həmdə "Ağdərə toqquşmaları" da deyilir.Yazılanlar və deyilənlərə inansaq vəziyyət təxminən belə olmuşdur. 4 mart 2008 döyüşlərindən bir müddət əvvəl ordumuz müəyyən vaxtlarda Göyarx kəndinin cənub şərq istiqamətində səngər qazmaqla öz mövqelərindən(xəritədə sarı xətt) 1350 metr irəli gedir.Yeni səngər və mövqelər(xəritədə yaşıl rəng) qurmaqla yeni mövqedə möhkəmlənir(xəritədə göy rəng).Beləliklə 1 -ci etap başa çatır(xəritədə 1-ci halqa).
Bir müddət sonra Ermənistanda prezident seçkiləri ilə, həmdə ordumuzun səngərləri irəli çəkməsi ilə əlaqədar ermənilər cəbhənin Göyarx kəndi istiamətində vəziyyəti gərginləşdirirlər və ordumuzun mövqelərinə artilleriyadan da istifadə etməklə hücuma cəhd edirlər.İtki verərək geri çəkilirlər.4 mart 2008 tarixində ordumuz əks hücum təşkil edərək Göyarx kəndinin şərq istiqamətində 400 metr irəliləməklə erməni mövqelərini ələ keçirir(göy və çəhrayı rənglər) və ermənilər öz mövqelərini Göyarx kəndinin içinə qədər geri çəkirlər(xəritədə qırmızı xətt).Beləliklə 2-ci etap(xəritədə 2-ci halqa) başa çatır.Bu döyüşlərdə erməni tərəfinin 12 itki verib.
Ordumuz Tərtər döyüşlərində 4 şəhid verib.
Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala)
Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki)
İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki)
Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı)
Allah Şəhidlərimizə Rəhmət eləsin !
Oxu24.com
ŞƏRHLƏR