Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1007
11.10.2022, 14:53
Məleykə Əlifağa qızı Əsədova 23 aprel 1966-cı ildə Neftçalada anadan olub. Uşaqlıq illərindən musiqiyə marağı olduğundan balaca vaxtı rəfiqələrini başına yığar, onlar üçün səhnəciklər düzəldər, mahnılar oxuyarmış.
O, 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. İkinci kursda oxuyanda, atası 50 yaşında infarktdan dünyasını dəyişir. Həmin gündən sonra ailənin yükü Məleykənin və bacısının çiyinlərinə düşür. Bu barədə aktrisa müsahibələrinin birində deyir:
Bir dəfə efirdə Şuşanın işğalı günü bu günlər Azərbaycan xalqı bayram edir deyir. Aparıcı, müğənni Elnarə isə ona bu gün Şuşanın alındığı gündür deyərək, onu çıxılmaz vəziyyətə salır. Həmin verilişdən sonra tamaşaçılar Məleykə Əsədovanın uzun müddət məzəmmət etdi.
Aktrisa 1989-cu ildə Müəllimi Lütfi Məmmədbəyovun təklifi ilə Gənc Tamaşaçılar teatrına üz tutur, orada Həsən Əblucla rastlaşır. Həsən Əbluc ona “Aydın” tamaşasında Gültəkin rolunu həvalə edir. Bu tamaşa ona böyük uğur gətirir.
Elə həmin dövrlərdə Lütfi Məmmədbəyov Orxan Kamalın “Yad qızı” əsəri əsasında televiziya tamaşası hazırlayır. 21 yaşı olan Məleykə bu tamaşada Jalə obrazını canlandırır. Aktrisa həmin tamaşa haqqında deyir:
“Mənim onda 20-21 yaşım vardı. Amma “Yad qızı”nda olan Jalə obrazı 30 yaşında olan bir qız idi. Hər şeyə rəğmən, ona da çəkildim. Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim “Aktyorlar evi”nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. “Yad qızı” mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair və ilaxır”.
Məleykə Əsədova "Dadaşbala əməliyyatı", "Kral Lir", "Özümüzü kəsən qılınc", "Misir gecələri", "Mənim günahım", "Cəhənnəm sakinləri" kimi tamaşalarda maraqlı obrazlarla çıxış edib.
Başı sənətə qarışan aktrisa ailə qurmaq istəyində olmasa da, bir müddət sonra anasının arzusu ilə ailə qurur. Bu barədə o, müsahibələrinin birində xatırlayır:
“Bilirsiz, baş çox qarışıq oldu, həmişə səhnədə oluram, televiziya, film çəkilişləri, vallah, vaxt qalmır ailəyə. İndi çox işlərimi qızıma görə ləğv edirəm. Ailə qurmağım anamın istəyi ilə olub. Deyirdi ki, xəstəyəm, ailə qur. Əgər anam olmasaydı, ailə qura bilməyəcəkdim. Nə yaxşı ki, qurdum”.
Aktrisanın adı bir çox qalmaqallarda hallansa da, onlardan ən yadda qalanı həmkarı Ramiz Məliklə olan davasıdır. Belə ki, şortik geyinməsi ilə bağlı Ramiz Məlikin ona qarşı dediyi sözlər qarşılıqlı deyişməyə və davaya səbəb olur. Məleykə Əsədova həmkarını məhkəməyə verərək, şərəf və ləyaqətini alçaltdığı üçün ondan 200 min manat təzminat tələb edir.
Aktrisanı gündəmdə saxlayan televiziya layihələrindən biri də AzTV-də yayımlanan “Gözəllik işığında” verilişi olur.
Bir neçə il əvvəl mətbuatda aktrisa nişanlısı tərəfindən aldadılmağı barədə xəbərlər yayılır. İddia olunur ki, Asif Vəliyev adlı şəxslə birlikdə yaşayan aktrisa bir müddət sonra Asif tərəfindən aldadılır. Özünü iş adamı kimi təqdim edən Asif aktrisadan 400 min manat borc alsa da, geri qaytarmır. Aktrisanın köməkçisi Çimnaz xanım deyir ki, bu hadisədən sonra aktrisanın səsində və əsəblərində ciddi problemlər yaranır.
Hazırda qızı Gülərlə birgə yaşayan aktrisa yeni bir evlilik və övlad haqqında düşünmədiyini açıqlayır:
"Oğlan övladı istəmirəm. İkinci övlad da istəmirəm. Bir neçə dəfə övladım oldu və itirdim. Oğlan idi... Hər zaman arzulamışam ki, qızım olsun. Gülər də Allahın mənə verdiyi ən böyük hədiyyədir".
Xalq artistinə can sağlığı arzu edirik.
22:25 / 19 Oktyabr 2026
54
22:22 / 19 Oktyabr 2026
51
22:11 / 19 Oktyabr 2026
63
22:06 / 19 Oktyabr 2026
88
21:37 / 19 Oktyabr 2026
77
21:30 / 19 Oktyabr 2026
448
21:25 / 19 Oktyabr 2026
98
21:14 / 19 Oktyabr 2026
86
21:02 / 19 Oktyabr 2026
125
20:39 / 19 Oktyabr 2026
116
20:25 / 19 Oktyabr 2026
77
20:11 / 19 Oktyabr 2026
104
20:08 / 19 Oktyabr 2026
88
19:59 / 19 Oktyabr 2026
96
19:48 / 19 Oktyabr 2026
92
19:35 / 19 Oktyabr 2026
140
19:24 / 19 Oktyabr 2026
123
19:15 / 19 Oktyabr 2026
120
19:11 / 19 Oktyabr 2026
191
19:04 / 19 Oktyabr 2026
101
18:58 / 19 Oktyabr 2026
82
18:50 / 19 Oktyabr 2026
102
18:49 / 19 Oktyabr 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.