Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1661
12.09.2021, 13:16
“Laçında Azərbaycanla birgə hərbi təlim keçən Türkiyə Rusiya üçün bölgədə çəkindirici faktordur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Moskvanın bölgədə vəziyyəti mürəkkəbləşdirməyə çalışdığını bildirib:
“10 noyabr üçtərəfli bəyanatının imzalanması ilə Qarabağda müharibə sona çatmasına baxmayaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyən Rusiya yenidən bölgədə durumu gərginləşdirir. Bu da yeni lokal toqquşma riskini artırır. Halbuki Azərbaycan üçtərəfli anlaşmaya və ya Ermənistanın kapitulyasiya aktına imza atmasına uyğun olaraq, münaqişənin həll olunduğunu elan edib. 10 noyabr bəyanatına imza atan Rusiyanın müvvəqəti olaraq bölgəyə göndərdiyi sülhməramlıların davranışları isə prosesləri fərqli istiqamətə döndərir. Sülhməramlıların komandirləri Azərbaycan ərazilərində xidmətə göndərilsələr də, bizimlə yox, Ermənistanla sıx təmasdadırlar. Rusiya neytrallağını pozaraq, bununla Ermənistanın mövqeyini dəstəklədiyini göstərir. Bu, Azərbaycana təzyiq vasitəsidir, həmçinin münaqişənin davam etdiyi görüntüsünü yaratmağa xidmət edir.
Rusiyanın davranışları Azərbaycanın yenidən hərərkətə keçməsini şərtləndirir. Hesab edirəm ki, Laçında davam edən Azərbaycan-Türkiyə birgə təlimləri də bu təzyiqlərə cavabdır. Qardaş ölkələr Laçında antiterror əməliyyatlarını məşq edirlər”.
Məhəmməd Əsədullazadə Rusiyanın Qarabağa göndərdiyi yeni generalın vaxtilə Gürcüstanın separatçı bölgəsində xidmət etdiyinə diqqət çəkib:
“Rusiya Abxaziyada separtizmə dəstək verən general Mixail Kosobokovu sülhməramlıların komandanı təyin edib. Bu, həm də Qarabağda erməni separtizminin dəstəklənməsin deməkdir. Onun bu təyinatı ermənilərin silahlı təxribatlarına yol açmasına rəvac verəcək. Amma Rusiyanın Azərbaycana qarşı atdığı bu addımları öz əleyhinə işləyəcək.
Hesab edirəm ki, Laçında Azərbaycanla birgə hərbi təlim keçən Türkiyə Rusiya üçün çəkindirici faktordur. Rusiya Qarabağda Türkiyə ilə üz-üzə gəlmək istəmir. Ümumiyyətlə, Rusiya 10 noyabr bəyanatının 4-cü bəndini yerinə yetirərsə, yəni bölgədəki qanunsuz silahlı birləşmələri tərksilah edərsə, yeni siyasi-hərbi qarşıdurma riski aradan qalxacaq. İndiki halda isə Rusiyanın fəaliyyətləri Azərbaycanla yanaşı, Türkiyənin də regional maraqlarını təhdid edir. Qənaətimə görə, Türkiyənin Azərbaycandakı xidmət qrupuna ən peşəkar generallarını göndərməsi, Rusiyanın Qarabağa separtizmə dəstək verən generalını göndərməsinə cavabdır. Rusiya aşkar formada durumu mürəkkəbləşdirir. Türkiyə Rusiyaya bu addımlarına davam edəcəksə, daha da irəli gedə biləcəyi mesajını verdi. Amma açıq qarşıdurmanı istisna edirəm. Yeni qarşıdurma riskindən əndişələnən ermənilərin də tədricən Qarabağdan çıxacaqlarını düşünürəm”.
Müəllif: Mənsur Rəğbətoğlu
23:17 / 10 Noyabr 2026
1
23:15 / 10 Noyabr 2026
144
23:00 / 10 Noyabr 2026
52
22:58 / 10 Noyabr 2026
58
22:55 / 10 Noyabr 2026
58
22:35 / 10 Noyabr 2026
73
22:30 / 10 Noyabr 2026
215
22:27 / 10 Noyabr 2026
76
22:19 / 10 Noyabr 2026
86
22:04 / 10 Noyabr 2026
140
21:55 / 10 Noyabr 2026
485
21:51 / 10 Noyabr 2026
90
21:49 / 10 Noyabr 2026
192
21:46 / 10 Noyabr 2026
199
21:44 / 10 Noyabr 2026
99
21:40 / 10 Noyabr 2026
95
21:33 / 10 Noyabr 2026
18696
21:19 / 10 Noyabr 2026
111
21:12 / 10 Noyabr 2026
130
21:10 / 10 Noyabr 2026
491
20:56 / 10 Noyabr 2026
110
20:54 / 10 Noyabr 2026
585
20:46 / 10 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.