Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
2594
03.05.2021, 20:47
Füzuli hava limanının tikintisi intensiv şəkildə davam etdirilir. Hazırda limanın, enmə zolağının və yardımçı tikillilərin inşaatına 500-ə yaxın işçı cəlb olunub.
Oxu24.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
V.Bayramov bildirib ki, hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək:
"Hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadrat metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq".
Hava limanının infrastrukturu nə zaman hazır olacaq?
Deputat vurğulayıb ki, Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir: "Bu ilin payızında hava limanı ilk uçuşları həyata keçirə biləcək".
Həmçinin oxuyun
Füzuli Hava limanın əhəmiyyəti nədir?
Millət vəkilinin sözlərinə görə, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq:
"Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur.
Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq.
Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir.
Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan da vacibdir".(Publika)
19:22 / 15 İyul 2025
Lavrov sanksiyalara məşhur atalar sözü ilə cavab verib
24
18:48 / 15 İyul 2025
Kiyev vəd etdiyi silahları gözləməli olacaq
29
17:44 / 15 İyul 2025
Neft bazarı Trampın ultimatumuna necə reaksiya verdi?
42
17:11 / 15 İyul 2025
Prezident SƏRƏNCAM imzaladı
838
17:09 / 15 İyul 2025
Ukrayna Aİ-nin rouminq zonasına qoşulur
113
17:05 / 15 İyul 2025
Avropa İrana vaxt verdi
84
17:00 / 15 İyul 2025
Gürcüstan Rusiya tərəfindən deportasiya edilən ukraynalılara icazə vermir
139
16:53 / 15 İyul 2025
Ankarada yaşayanlara xəbərdarlıq edildi
136
16:50 / 15 İyul 2025
Lavrov Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundundan danışıb
119
16:45 / 15 İyul 2025
4 gün leysan yağacaq - XƏBƏRDARLIQ
1392
16:40 / 15 İyul 2025
Ukraynada sensassion istefa
60
16:36 / 15 İyul 2025
Rusiya sərhədləri boyunca pilotsuz təyyarələrdən ibarət divar yaradılacaq
80
16:27 / 15 İyul 2025
Orban Aİ-ni Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb
59
15:49 / 15 İyul 2025
"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
891
15:15 / 15 İyul 2025
SON DƏQİQƏ! DİN açıqlama yaydı: Həmin şəxs tutulub
964
14:54 / 15 İyul 2025
SON DƏQİQƏ! Bir sıra təyinatlar baş tutub
510
14:15 / 15 İyul 2025
İsrail bu ölkəni vuracaq — XƏBƏRDARLIQ
611
14:03 / 15 İyul 2025
Kamran Əliyev şöbə rəisini işdən çıxardı
1001
13:37 / 15 İyul 2025
İlham Əliyev bununla bağlı qanunu imzaladı
357
12:45 / 15 İyul 2025
Evdən 30 min dollar və 12 min manat oğurlanıb
109
12:35 / 15 İyul 2025
Nəticələr açıqlandı
115
12:19 / 15 İyul 2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
100
12:15 / 15 İyul 2025
Prezident Ərdoğana başsağlığı verdi
317
11:55 / 15 İyul 2025
64 yaşını qeyd edən nazir — Kəmaləddin Heydərovu yaxından tanıyaq...
513
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.