Qaynar xətt:

(+99450) 247 90 86

Bayraktarın Bakıya gəlişinin 2 mühüm strateji hədəfi - MÜHÜM DETALLAR ÜZƏ ÇIXDI

Bayraktarın Bakıya gəlişinin 2 mühüm strateji hədəfi - MÜHÜM DETALLAR ÜZƏ ÇIXDI

ÖZƏL BÖLÜM

2499

01.04.2021, 13:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağ müharibəsinin və dünya müharibə strategiyasının seyrini dəyişən “Bayraktar”ların yaradıcısı Səlcuk Bayraktarın Bakıya gəlişi diqqəti iki məqama yönəldir:

- 44 günlük müharibədən sonra Bakıya səfər edən Bayraktarın çantasında hansı layihə var?
- Səfərin Türk Şurasının Zirvə toplantısının keçirildiyi gün gerçəkləşməsi təsadüfdürmü?

Təsadüf deyil və istisna deyil ki, Azərbaycan paytaxtında böyük layihələrin təməli atılır.

a) PUA-ların istehsalı məqsədilə Türkiyə-Azərbaycan ortaq mərkəzinin yaradılması: bu, Azərbaycanın müdafiə sənayesinin inkişafına dəstəklə yanaşı, ordumuzun ehtiyacı olan pilotsuz uçuş aparatlarının daşınması ilə bağlı yarana biləcək risklərin də önlənməsi məqsədi daşıya bilər; Azərbaycan-İsrail hərbi əməkdaşlığında belə bir təcrübə var;

b) Bakıda yaradıla biləcək pilotsuz uçuş aparatlarının istehsalı mərkəzi türk dünyasının gələcək hərbi strategiyasının bir hissəsidir: Bayraktarın Zirvə toplantısı ilə eyni gündə gəlişi bu ehtimalı gücləndirir.

“Türk Şurasının 2020-2025 strategiyası” hazırlanır və türkdilli ölkələrin hərbi əməkdaşlığının dərinləşdirilməsi prioritet istiqamətlərdəndir: bu strategiyada türkdilli ölkələrin ordusunun və döyüş taktikasının dövrün tələbinə uyğun qurulması addımları atıla bilər, Qarabağda 44 günlük müharibə belə zərurəti bütün dünya üçün yaratdı; Azərbaycan artıq ordunun Türkiyə təcrübəsinə əsasən qurulması istiqamətdə proseslərə start verib, Türkiyə ilə hərbi saziş bağlayan Qazaxıstan və Özbəkistanda da eyni proseslərin olacağını görə bilərik; Qarabağ müharibəsi müasir döyüş taktikasında PUA-ların əhəmiyyətini göstərdi və istisna deyil ki, Bakıda yaradıla biləcək ortaq istehsal mərkəzi türk dünyasının hərbi arsenalının bu texnikaya olan ehtiyacının ödənilməsini həyata keçirəcək.

Yer olaraq Bakının seçilməsi daşımalarda yarana biləcək risklərə alternativ marşrutun yaradılmasına hesablanıb.

Türkiyədən Azərbaycana və Mərkəzi Asiyaya çıxış üçün əsas marşrut hava yoludur. Zəngəzur dəhlizinin açılması prosesi gedir, lakin təhlükəsizliyini rusların təmin edəcəyi bu dəhlizdən hərbi yüklərin keçidi də həmişə münasib olmaya bilər. Bu baxımdan, Bakıda ortaq istehsal mərkəzi yaradılarsa, yüklərin Mərkəzi Asiya ölkələrinə alternativ marşrutla - dəniz yolu ilə çatdırılması imkanı yaranır və daşımalarda önəmli olan məsafənin yaxınlığı faktoru da var.

Proseslərin inkişafı həm də Bakının türk dünyasının mərkəzi olma perspektivi istiqamətindədir.

Asif Nərimanlı

Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

93

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

91

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

93

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

191

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

90

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

104

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

126

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

101

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

166

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

107

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

120

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

109

0