Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Nazirlər Kabineti təsdiqlədi

SON DƏQİQƏ! Nazirlər Kabineti təsdiqlədi

ÖZƏL BÖLÜM

2262

01.04.2021, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti “Ərzaq balansının tərtib olunması Qaydası”nı təsdiq edib. 

Oxu24.com -un  məlumatına görə, yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar “Ərzaq balansının tərtib olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli qərarı ləğv edilib. 

Ərzaq balansı ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən məlumat toplusudur. Ərzaq balansı hesabat ilinin, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərindən ibarət cədvəl formasında tərtib olunur. Ərzaq balansının hesabat ili üzrə göstəricilərinin hesablanması Dövlət Statistika Komitəsi tərəfindən      İqtisadiyyat     Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış metodologiya əsasında həyata keçirilir. Ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz    göstəriciləri İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanır.

Ərzaq balansının hesabat ili üçün göstəriciləri aşağıdakı məhsul növləri üzrə tərtib olunur:

- buğda;

- sair dənlilər;

- dənli paxlalılar;

- un;

- çörək və çörək məmulatları;

- düyü;

- yarmalar;

- makaron məmulatları;

- kartof;

- soğan;

- sair tərəvəzlər;

- bostan məhsulları;

- meyvə və giləmeyvələr;

- ət və ət məhsulları;

- süd və süd məhsulları;

- pendir;

- yumurta;

- balıq və balıq məhsulları;

- bitki yağları;

- marqarin;

- kərə yağı;

- meyvə və tərəvəz konservləri;

- şəkər;

- qənnadı məmulatları;

- çay;

- duz.

İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri aşağıdakı məhsul növləri üzrə aparılır:

- buğda;

- sair dənlilər;

- un;

- kartof;

- soğan;

- meyvə və giləmeyvələr;

- ət və ət məhsulları;

- quş əti və məhsulları;

- süd və süd məhsulları;

- yumurta.

Aidiyyəti orqanlar ərzaq balansının hesabat ili üzrə göstəricilərinin tərtibi üçün müvafiq illik məlumatları aşağıdakı müddətlərdən gec olmayaraq Statistika Komitəsinə təqdim edirlər:

- Föqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına dair məlumatları yanvarın 15-dək;

- Kənd Təsərrüfatı Nazirliyi - “Elektron  Kənd  Təsərrüfatı”  İnformasiya  Sistemi”ndə  qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin buğda istehsalı barədə, habelə istixana, taxıl elevatorları və soyuducu anbarlar üzrə məhsul satışı, qalıqları və itkiləri barədə mövcud məlumatları yanvarın 30-dək;

- Dövlət Gömrük Komitəsi - müvafiq ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə məlumatları yanvarın 15-dək;

- yerli icra hakimiyyəti orqanları - bələdiyyələrin məlumatlarını nəzərə almaqla, kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatları yanvarın 20-dək.

- Dövlət Statistika Komitəsi rəsmi statistika hesabatları ilə əhatə olunması mümkün olmayan göstəricilərin əldə edilməsi məqsədilə xüsusi sorğular vasitəsilə əldə edilmiş məlumatları martın 15-dək ümumiləşdirir.

Dövlət Statistika Komitəsi ərzaq balansının hesabat ili üçün tərtib olunmuş ilkin göstəricilərini fevralın 10-dək, yekun göstəriciləri isə iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim edir. Ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin tərtibi üçün aşağıdakı məlumatları sentyabr ayının 20-dən gec olmayaraq İqtisadiyyat Nazirliyinə təqdim edirlər:

Kənd Təsərrüfatı Nazirliyi - kənd təsərrüfatı məhsullarının istehsalına dair cari ilin gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri və “Elektron Kənd Təsərrüfatı” İnformasiya  Sistemi”ndə  qeydiyyatdan  keçmiş  taxıl  elevatorları  və soyuducu anbarlarda cari ilin 6 ayının yekunları üzrə məhsul qalıqları və itkiləri barədə mövcud məlumatları;

- Fövqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları və cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri;

- Dövlət Statistika Komitəsi - ərzaq məhsullarının istehsalına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları;

- Dövlət Gömrük Komitəsi - ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə cari ilin 8 ayının yekunları üzrə məlumatları;

- ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər və əlaqəli dövlət qurumları – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sorğu məktubuna uyğun olaraq müvafiq məlumatlarını.

- İİqtisadiyyat Nazirliyi təqdim olunmuş məlumatlar əsasında hazırlanan və hesabat ili, cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərini özündə əks etdirən ərzaq balansını oktyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim edir.

Ərzaq balanslarının tərtibi zamanı dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi, istifadə edilməsi və digər məsələlər qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

93

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

91

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

93

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

191

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

90

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

104

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

126

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

101

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

166

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

107

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

120

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

109

0