Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3020
29.03.2021, 11:13
"Karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə görə qəbul edilir. İndi vəziyyət pisləşməyə doğru gedir və yoluxma potensialı artır".
Oxu24.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır: "İctimai nəqliyyatda sıxlığın, restoran və şadlıq evlərində müəyyən tədbirlərin keçirildiyi, insanların təmasları ayrı-ayrı yerlərdə kifayət qədər mövcud olduğu halda karantin qaydalarının bir tərəfli sərtləşdirilməsi fayda vermir.
Hesab edirəm ki, karantin göstərişlərini (maska taxmaq, əlləri dezinfeisya etmək və məsafə saxlamaq) gözləməklə, vəziyyəti stabil saxlamalıyıq.
Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, amblator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, vəziyyət nə qədər pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin.
Sosial həyatın bir tərəfində sərt karantin olduğu halda, digər tərəfində müəyyən təmaslar üçün imkanlar olmamalıdır. Belə olan halda karantinin faydası olmayacaq. Biz eşidirik ki, toylar da olur, restoranlar da dolur, kifayət qədər oynayanlar da olur. Əgər karantin elan olunursa, buna ciddi əməl edilməlidir. Yolxuma sayı yüksək rəqəmlərlə ölçülsə, mütləq sərt tədbirlərə gedilməlidir".
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.