Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2415
18.02.2021, 19:56
Azərbaycan növbəti 5-7 il ərzində İsraildən 2 milyard dollarlıq silah alacaq. Aydındır ki, məqsəd müharibədə istifadə edilmiş silah-sursatın yerini doldurmaq və yeni silah növləri əldə etməkdir.
Ermənistan və Rusiya KİV-i bundan narahatdır. İddia edirlər ki, “Azərbaycan Qarabağda müharibənin yeni mərhələsinə hazırlaşır” və “sübut” kimi Ərdoğanın rus sülhməramlıları ilə bağlı dedikləri təqdim olunur.
Ərdoğan yanvarın 13-də Putinlə telefon söhbətində sülhməramlılarla bağlı demişdi: “Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır”.
Kremlin rəsmi açıqlamasında bu məqama yer verilmədi, lakin Ərdoğanın sözləri deməyə əsas verir ki, qapalı müzakirələr Qarabağda sülhməramlıların olmaması istiqamətində də aparılır:
- Bakı və Ankara sülhməramlıların bölgədən daha tez çıxmasını, ən pis halda qalması vaxtının (5 il) uzadılmasını istəmir; (bu haqda 14 yanvarda yazmışdıq).
Rusiya və Ermənistan KİV-dəki narahatlıq əbəs deyil, çünki münaqişənin tarixi boyunca irəli sürdüyü həll planlarında sülhməramlılarını bölgəyə yerləşdirməyi düşünən Rusiya buna nail olsa da, qarşısında Türkiyənin olacağını hesablamamışdı: Bakı rusların qarşısını ala bilmədiyi planını öz maraqlarına uyğun korrektə etməyi bacardı.
Yeni müharibənin olacağı ehtimalı zəifdir (rusların bölgədə mövcud olmaq üçün lokal toqquşmalar, anlaşmazlıqlar yarada biləcəyi istisna deyil), lakin Bakının hərbi arsenalında yaranmış kəsirləri düzəltmək və gücləndirmək addımı həm mümkün risklərə qarşı tədbirli olmaq, həm də tələblərini diktə etmək baxımından vacibdir. Bunun Ermənistanla yanaşı, Rusiyanı narahat etməsi təəccüblü deyil, çünki tələblərdən biri də rus kontingentinin Qarabağdan çıxarılması olacaq, ən pis halda 5 ildən sonra...
Rusları narahat edən səbəblərdən biri də 44 günlük müharibədə silah sənayesinin çətin vəziyyətə düşməsindən sonra bazarda Azərbaycan kimi müştərini itirməsidir.
23:58 / 13 Noyabr 2026
4
23:49 / 13 Noyabr 2026
27
23:40 / 13 Noyabr 2026
49
23:28 / 13 Noyabr 2026
56
23:22 / 13 Noyabr 2026
67
23:17 / 13 Noyabr 2026
68
23:09 / 13 Noyabr 2026
75
23:05 / 13 Noyabr 2026
71
23:02 / 13 Noyabr 2026
75
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
84
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
93
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
521
21:43 / 13 Noyabr 2026
890
21:36 / 13 Noyabr 2026
99
21:29 / 13 Noyabr 2026
128
21:24 / 13 Noyabr 2026
244
21:03 / 13 Noyabr 2026
110
20:58 / 13 Noyabr 2026
123
20:50 / 13 Noyabr 2026
1185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.