Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48651
az

Qələbəyə saatlar qalmış şəhid oldu - REPORTAJ

09:5114 Fevral, 2021
2988
ÖZƏL BÖLÜM
  • A

İnsan doğulur, bir ömür yaşayır və köçüb gedir. Amma elə insanlar var ki, bu dünyada etdikləri ilə hər zaman xatırlanır. 23 yaşlı Rəhman Məmmədov kimi.

APA TV xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Rəhman Məmmədov yaşasaydı, bu gün 24 yaşını qeyd edəcəkdi.

1997-ci il fevralın 13-də Sumqayıt şəhərində anadan olan Rəhman Məmmədov orta təhsilini 13 nömrəli tam orta məktəbdə alıb. Uşaq vaxtlarından futbola həvəsi olan Rəhman “Sumqayıt” klubunun yeniyetmələrdən ibarət komandasında oynayıb. Sonra bir müddət Qəbələdə bacarıqlarını artırıb.

Atası Natiq Məmmədovun sözlərinə görə, Rəhman Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Şuşa da daxil olmaqla bir neçə rayon və kəndlərimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Və noyabrın 9-da - qələbəyə saatlar qalmış Şuşa döyüşləri zamanı şəhid olub: “Qonşular dedi bizə. Gedib könüllü olaraq yazılmışdı. Qonşulara deyib ki, bilirsiniz, mənim hələ xəbərim gələcək. Bilirsiniz, məndən nələr eşidəcəksiniz hələ. Elə oldu ki, 21-i səfərbərlik günü çağırdılar səfərbərliyə. Cəbrayılda, Füzulidə, Zəngilanda. Bütün döyüşlərdə olub. Şuşayacan getmişdilər. Qırmızı qəsəbəyə kimi. Ayın 8-i zəng elədi mənə, ata, Şuşanı almışıq. Bir-iki günə, deyəsən, müharibə qurtaracaq. Son dəfə ayın 8-i zəng elədi”.

Anası Səadət Məmmədova deyir ki, Rəhman evin kiçiyi olsa da, hər yerdə özünə hörmət qazanmağı bacaran övlad olub. Həmişə deyərdi ki, "Siz mənimlə həmişə fəxr edəcəksiniz!” Səadət xanım o vaxt bu sözlərin mənasını anlamasa da, oğlunun nəyi nəzərdə tutduğunu indi çox yaxşı başa düşür: “Oğlum aprelin 12-də ağır əməliyyat keçirdi. Mədə əməliyyatı keçirdi. Mədə əməliyyatı keçirəndən sonra mən hiss eləmişdim ki, elə bil müharibə başlayacaq. Ölümdən qurtardı əməliyyatda. Hərdən deyirdim ki, Rəhman, ana qurban, müharibə başlayacaq da, belə deyirlər. Deyirdi ki, başlasın da, mən onsuz da gedəcəm. Çox vətənpərvər, çox mərd uşaq idi. Dostları üçün ölümə gedən uşaq idi”.

Səadət ana deyir ki, Rəhman şəhid olduğu günə qədər telefon əlaqəsi saxlayıb. 44 günlük müharibəni qanıyla, canıyla son gününə qədər döyüşüb. Minomyotçu olan igidimiz 60-a yaxın erməni əsgərini məhv edib, onlara göz açmağa belə imkan verməyib: “Komandiri Rəhmandan o qədər fəxrlə danışırdı ki. Deyirdi ki, Rəhman əməliyyat olunmasına baxmayaraq, cəsarətlə ağır mərmiləri sinəsində daşıyırdı. Heç kimə imkan vermirdi. Deyir, təsəvvür elə ermənilərin səngərini nişan almışdıq. 10 dənə mərmini biz atacaqdıqsa, 8-ni Rəhman özü atdı. Onun ayağında 20 dənə erməni leşi oldu. Bir də Füzulidə, Horadizdə bir tək Rəhman necə tuşladısa, 57 dənə erməni leşi Rəhmanın ayağında oldu. Allah bütün şəhidlərə rəhmət eləsin. Yerləri cənnətdir onsuz da onların. Cənnətlik olsun”.

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Qohumlarının da sevimlisi olubmuş Rəhman. Dayısı Yalçın Əliyev indi ondan fəxrlə danışır: “44 günlük Vətən Müharibəsində, komandirinin dediyinə görə, 27 bir, 30 bir erməni leşi var ayağında. Mən onu bilmirdim. Kəşfiyyat rəisi və batareya komandiri onların dilindən eşitdim. Bizə qalan o xoş xatirələrdir. Ondan bizə qalan rəsmlərdir. İtki ağırdır, aydın məsələdir. Yəni canımızın parçasıdır. Ətimiz, qanımız, canımızdır. Evin də bir oğlu idi”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat