Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48534
az

Azərbaycan bu tarixdə Zəngəzura girəcək - Baqratyan SENSASİON DETALLARI AÇDI

15:1211 Fevral, 2021
10849
ÖZƏL BÖLÜM
  • A

5 il sonra Azərbaycan Sünikə (Zəngəzur) girəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Baqratyan Qafana səfər etdiyini və gördüklərini yazıb:

“6-9 fevral tarixlərində Qafanda idim, əhali ilə danışmağa, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə getmişdim. Söhbət alınmadı, əlavə nəyəsə ehtiyac yox idi. Azərbaycan əsgərləri və bayraqlarının şəhəri əhatə edən şərq təpələrində görəndə şok oldum. Bu qədər yaxın olmamalı idilər. Bir müddət əvvəl inşa edilmiş Qafan-Qeqanuş-Çakaten-Sikahoq-Srasen-Tsav-Svanidzor (son iki kənd Mehri bölgəsindədir) yolu ilə getdikcə, bir neçə yerdə asılmış afişalar Azərbaycan ərazisi olduğunu göstərirdi, başqa sözlə, adıçəkilən kəndlər bu yol olmadan nə Mehriyə, nə də Qafana gedə bilərlər, yəni ümid azərbaycanlıların yolları bağlamamasına qalıb”.

Q.Baqratyan rus zabitin ona dediklərini də qeyd edib.

“Hər yerdə rus patrulunu görürəm, onlardan burada nə etdiklərini soruşuram. Rus zabit mənə səbrlə izah edir ki, imzalanmış memoranduma görə yolun təhlükəsizliyini qoruyurlar. Hansı memorandum? Mənə Ermənistan və Azərbaycan arasında imzalanmış 6 maddəlik memorandumu göstərir və məlum olur ki, tərəflər yolların təhlükəsizliyinin təmin edilməsi üçün sənəd imzalayıb. Sənəddə koordinatlar aydın şəkildə qeyd olunur. Məlum olur ki, Nikol Paşinyan Azərbaycanla sərhədlərin şifahi şəkildə razılaşdırıldığını deməklə yalan danışıb, 9 noyabr razılaşmasından savayı da sənəd var. Bu “xoşbəxtlik” ən yaxşı halda 5 il davam edəcək, bundan sonra azərbaycanlılar Sünikə (Zəngəzur) girəcəklər”- o iddia edir.(Publika)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

30 ildir öz evinə girə bilmir - Sumqayıtda məhkəmə qərarının icrasını kim yubadır?
Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO