Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47732
az

Rasim Məmmədovun həbs səbəbi: Ramiz Mehdiyevin oğlu ilə kürəkəninə 12 milyon “atıb” – SENSASİON TƏFƏRRÜAT

09:3330 Yanvar, 2021
3469
ÖZƏL BÖLÜM
  • A

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Onun həbsinə yol açan şikayəti DTX-ya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyev yazıblar. Bundan sonra Rasim Məmmədov DTX-ya çağırılaraq həbs edilib. Həbsindən sonra onun müdafiəsi üçün vəkillər Elçin Sadıqov və Bəxtiyar Hacıyevlə müqavilə bağlanıb.  

 

Teymur Mehdiyev şikayət ərizəsində Rasim Məmmədovun ona 4 milyon dollar, İlham Əliyev isə 3 milyon yarım dollar “atdığı”nı yazıblar. Azərbaycan manatına çevirəndə 12 milyon manatdan artıq pul ələ keçirilib.

Vəkillər sosial mediada “Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayətləri əsasında tutulub” şəkilində açıqlama yayıblar.

Bu şikayətin ortaya çıxması sensasiya sayıla bilər. İllərdir ki, Rasim Məmmədov Ramiz Mehdiyevin tayfasına arxalanaraq Azərbaycanın metallurgiya sənayesini iflic duruma salmaqla öz nəzarəti altına ala bilmişdi. Hər kəs Rasim Məmmədovun gördüyü işlərin onun “ölçü”lərini aşdığını yaxşı anlayırdı. Bilinirdi ki, güclü himayəçisi olmasa, o, günün günorta çağı Bakı ətrafında yerləşən metallurgiya zavodlarını ələ keçirə bilməz. Onun adı illərdir ki, mətbuat səhifələrindən düşmür.

Övladına toy edən sabiq deputat məhkəməyə çağırıldı » Kaspi.azAzərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodların zor gücünə alınması, müəssisələrdəki domna sobalarının sıradan çıxarılması, istehsal xətlərinin məhv edilməsi kimi əməlləri, ümumilikdə, bu sahədə durğunluq yaradıb. Rasim Məmmədovun Zülfüqarlı qardaşlarından zor gücünə aldığı zavodları lerikli çoban Gəray Məmmədovun adına keçirib onun arxasında gizlənməsi də yaddaşlardan silinməyib. İllər öncə “Yeni Müsavat”ın əməkdaşları çoban Gərayı Bakının Keşlə qəsəbəsi ərazisindəki Şanxay yaşayış massivində yerləşən gecəqonduda aşkar etmişdilər. Çoban demişdi ki, onun bu işlərdən xəbəri yoxdur. Sadəcə şəxsiyyət vəsiqəsini alıb hansısa sənədlərə imza atdırıblar. Aylıq da 200-300 manat pul verirlər ki, kirayə haqqını ödəyə bilsin. Qalan məsələlərdən onun xəbəri yoxdur. Bax beləcə Azərbaycanda metallurgiya sahəsi “çobanların idarəçiliyinə verilməklə” məhvə sürüklənib.

Məhkəmə sistemindəki nüfuzlu dayağı hesabına Rasim Məmmədov iş adamlarına qarşı qanunsuzluqlarına qanuni don geydirə bilirdi. Hələ ötən ilin yayında Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi “Baku Steel Compani” MMC-də (BSC) araşdırmalara başladı. Bu haqda yayılan xəbərlərdə araşdırmaların həm vergi məsələsi, həm də Rasim Məmmədovun uzun illərdir həyata keçirdiyi maxinasiyalarla bağlı olduğu deyilirdi. Son 1 ildə şirkət üzərində bütün rəsmi hüquqları əlindən alınan, sadəcə zavodun rəhbəri kimi saxlanan Rasim Məmmədov “Baku Steel Company”nin idarəçiliyindən də uzaqlaşdırılıb. BSC-nin istehsalat müdiri Ramin Kərimov və maliyyə direktoru Çingiz Həsənovun da hüquq-mühafizə orqanları tərəfindən sorğuya çəkildiyi bildirilirdi.

Rasim Məmmədovun nəzarətində olan Sumqayıt Boru Zavodunda da araşdırma aparılıb. İllərdir fəaliyyətdə olan bu zavodun külli miqdarda vergi borcu yaranıb. Belə ehtimal var ki, dövlətə vergilərin ödənməməsi maliyyə çatışmazlığı ilə bağlı deyil. Sadəcə vergi ödəməməklə zavodun rentabelli olmadığı təəssüratı yaradılır və törədilmiş maxinasiyalar ört-basdır edilirmiş. Rasim Məmmədovun nəzarətində olan digər zavodların da külli miqdarda vergi borcu olub. İlkin araşdırmalarla “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 min 510 manat 18 qəpik borcu olduğu üzə çıxmışdı. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı, Rasim Məmmədovun Zülfüqarlı qardaşlarının əlindən zorla aldığı - “Baku Steel Construction” ASC-nin də (əvvəlki adı “Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir. Nəzərə alsaq ki, ötən illər ərzində Rasim Məmmədovun nəzarətində olan zavodlar ölkənin metallurgiya sənayesini inhisarda saxlayıb, demək olar ki, bazara başqa şirkətlərin daxil olmasına imkan verməyib, belə külli miqdarda vergi borcunun yaranmasının iqtisadi əsaslarının olması şübhə doğurur. Böyük ehtimalla, ortada ciddi maliyyə maxinasiyaları var və dövlət orqanları həm də bunu üzə çıxara bilib.

Baku Steel Company"ə bu şəxs nəzarət edir

Məlumata görə, həm Sumqayıt Boruyayma Zavodu, həm də “Baku Steel Company” MMC bir çox şirkətlərlə bağladığı müqavilə öhdəliklərinə qəsdən əməl etməyib, həmçinin onları qara metal qırıntıları (metallom) ilə təchiz edən xeyli insanın borcunu ödəməyiblər. Həmin şirkətlər və borcunu tələb edən insanların bir neçəsi məhkəmələrə iddialar verib, dövlət qurumlarına müraciət edərək bu məsələlərin araşdırılmasını xahiş ediblər. Belə məlumatlar da var ki, araşdırmalar çərçivəsində Sumqayıt Boruyayma Zavodunun direktoru Bahadur Əliyev bir neçə gün hüquq-mühafizə orqanları tərəfindən sorğulanıb. Bu sorğulamaların nəticəsi olaraq Bahadur Əliyev anlayıb ki, Rasim Məmmədovun mövqeyi sağlam deyil, buna görə istefa ərizəsini yazıb və işdən gedib. Bundan sonra Rasim Məmmədov Ramiz Mehdiyevin tayfasından olan Yaşar Abbasəliyevi Sumqayıt Boru zavoduna direktor təyin edib. Hazırda Yaşar Abasəliyevin də istintaqa cəlb edilməsi xəbəri var.

Rasim Məmmədov mətbuata qarşı hücumlarla da tanınır. Belə ki, o, dəfələrlə “Yeni Müsavat” qəzetinə və başqa KİV-lərə qarşı iddia qaldıraraq yüksək miqdarda təzminat tələb edib. Son 1 il ərzində Rasim Məmmədovun adı mətbuatda qanunları tapdalayan, məhkəmələrdən istədiyi qərara ala bilən biri kimi hallanırdı. Bütün bunlarda himayəçisinin barmağının olması gizli deyildi. İllər keçdi və Rasim Məmmədovun himayəçisinin kreslosu laxladı. Ramiz Mehdiyevi işdən çıxarıb AMEA-ya göndərdilər.

Belə görünür ki, Rasim Məmmədov bundan sonra Ramiz Mehdiyevin “krışa”sının altından çıxıb və onun özünə də “atıb”.  

DTX-nın sərhəd xidmətindəki həbslərinin təfərrüatı - Kimlər həbs olunub?  Yeni Sabah

Dövlət Təhlükəsizlik Xidmətinin İctimiyyətlə Əlaqələr Şöbəsindən Musavat.com-a bildirilib ki, Rasim Məmmədovun həbsi ilə bağlı hələlik hər hansı məlumat yoxdur.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu