Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! BMT Qarabağa doğru - Rusiya AÇIQLAMA YAYDI

SON DƏQİQƏ! BMT Qarabağa doğru - Rusiya AÇIQLAMA YAYDI

ÖZƏL BÖLÜM

2223

28.01.2021, 18:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyası göndərəcək.

Oxu24.com  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Dağlıq Qarabağda görülən işlərə profilli beynəlxalq strukturların qoşulmasını yararlı sayırıq. Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ və ona bitişik bölgələrdə fəal iş aparır.

BMT-nin ixtisaslaşmış agentliklərinə gəlincə, qurum rəhbərliyi Azərbaycan və Ermənistanla əlaqə saxlayır və Dağlıq Qarabağa hərtərəfli qiymətləndirmə missiyasının göndərilməsi üçün danışıqlar aparır”, - XİN sözçüsü vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Rusiya BMT-nin rəsmi Bakı və Yerevan ilə humanitar yardım məsələləri üzrə təmaslarını dəstəkləyir.