Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47591
az

Vanqanın 2022-2023-cü illərə verdiyi bütün proqnozlar üzə çıxdı - DÜNYA DƏHŞƏT İÇİNDƏ!

14:2528 Yanvar, 2021
3205
ÖZƏL BÖLÜM
  • A

Oxu24.com  Olaylar.az-a istinadən xəbər verir ki, Bolqarıstanın Nostradamusu ölümündən bir az əvvəl 2010-cu ildə bütün dünyanı əhatə edəcək müharibənin olacağını bildirərək belə demişdi: "2010-cu ildə aralarında Hindistanın da olacağı 4 Asiya ölkəsinin liderlərinə qarşı sui-qəsd təşkil olunacaq. Bu sui-qəsd 3-cü dünya müharibəsinin başlanmasına səbəb olacaq. Noyabr ayında başlayacak dünya savaşı 2014-cü ilə qədər davam edəcək".
2015-ci ildir və görünür ki, milyonlarla insanın inandığı Vanqa deyəsən hamını aldadıb. 3-cü dünya müharibəsi başlamayıb. Ya Vanqa bolqarların ürəyinə III dünya müharibəsinin olacağı xofunu salıb ya da məşhur baxıcı illəri qarışdırıb. Vanqaya görə, 2014-cü ildə insanlığın yarısı xərçəngə tutulmalı idi. Lakin statistikaya görə 2008-ci ildə xərçəngə tutulan insanların sayı 12 milyon olub. Bu rəqəm 2030-cu ildə isə 26 milyon olacaq. Vanqanın bu proqnozu da düz çıxmadı. Onun öncəgörməsinə görə dünyanın sonu 5079-ci ildə gələcək. Bir çox öncəgörmənin səhv çıxdığını nəzərə alsaq belə qənaətə gələ bilərik ki, dünyanın sonu 5079-ci ilə olmayacaq.
Lakin bunlara baxmayaraq Vanqanın öncədən gördüyü və artıq həyatda öz təsdiqini tapdığı bəzi proqnozları var.
Məsələn: "İki dəmir quş qüllələrə çırpılacaq, göy üzü işıqlanacaq" (11 sentyabr hücumu) "Kursk su altında qalacaq, bütün dünya arxasınca ağlayacaq" (2000-ci ildə 118 rus əsgərinə məzar olan sualtı qayıqda baş verən müdhiş hadisələr) "Vladimirin (Putin) zəfəri dünyada hər şeyə təsir edəcək" "İqlimlər dəyişəcək " (qlobal istiləşmə) "Amerikanın 44-cü dövlət başçısı qara olacaq. Onun gəlməsindən sonra ölkə böyük bir maliyyə böhranına başlayacaq, dünyaya barış deyil, fəlakət gətirəcək"
Gələcəkdə nələr olacaq?
Vanqanın ölümündən öncə qeyd edilən bəzi proqnozlarına görə, gələcəkdə insan oğlunu ağır günlər gözləyir. Xərçəng xəstəliyinin tüğyan edəcəyindən tutmuş kommunizmin qayıtmasına qədər fikirlər deyən Vanqa nənə 2012-ci ildə qiyamət gününün qopacağını deyənlərdən fərqli olaraq bu faciənin baş verməyəcəyini bildirib. Onun öncəgörməsinə görə dünyanın sonu 5079-ci ildə gələcək. Vanqa nənənin gələcəklə bağlı proqnozları belədir:
2016-cı il. Avropa əhalisi kəskin sürətdə azalacaq.
2018-ci il. Dünyanın yeni süper gücü Çin olacaq. Güclü dövlətlər artıq zəif dövlət olacaqlar.
2020-ci ildə ölümcül virus dünyanı cənginə alacaq.
2021-ci il aclıq, yoxsulluq, xəstəlik hökm sürəcək.
2023-cü il. Yer küresində qeyri-adi hadisələr yaşanacaq.
2028-ci il. Venera planetinə ayaq basılacaq.
2033-cü il. Qütblərdəki buzlar əridiyi üçün Yer kürəsindəki su səviyyəsi yüksələcək.
2043-cü il. Müsəlmanlar dünyanın hakimi olacaq.
2046-cı il. Orqan köçürülməsi ən bəsit iş olacaq.
2066-cı il. ABŞ müsəlmanların nəzarəti altında olan Romaya qarşı iqlim dəyişdirə bilən silahdan istifadə edəcək. Bunun nəticəsində iqlimdə kəskin dəyişikliklər başlayacaq.
2076-cı il. Komunizm dünyaya hakim olacaq.
2084-cü il. Təbiət yenidən canlanacaq.
2088-ci il. İnsanları saniyələr içində qocaldan yeni bir xəstəlik peyda olacaq.
2097-ci il. Bu xəstəliyi müalicə etmək mümkün olacaq.
2125-ci il. Macarıstan kosmosdan siqnallar alacaq.
2130-cu il. Yadplanetlilərin köməyi ilə sualtı mədəniyyət yaradılacaq.
2164-cü il. Heyvanlar yarıinsan halına çevriləcək.
ƏTRAFLI
Project GLO
2167-ci il. Yeni bir din ortaya çıxacaq.
2170-ci il. Böyük bir quraqlıq yaşanacaq.
2196-cı il. Avropa və Asiya irqləri tamamilə bir-birinə qarışacaq.
2221-ci il. Başqa planetlərdə həyatın olmasını araşdıranlar qorxunc hadisələrlə qarşılaşacaq.
2288-ci il. Zaman səyahəti mümkün olacaq.
2296-cı il. Günəşdə güclü partlayılar baş verəcək.
2299-cu il. Fransada İslama qarşı bir hərəkat başlayacaq.
2304-cü il. Ayın sirri tapılacaq.
2341-ci il. Qorxunc bir qüvvə Yer kürəsinə yaxınlaşacaq.
2371-ci il. Böyük aclıq yaşanacaq.
2480-ci il. Dünya qaranlığa qərq olacaq.
3797-ci il. Yer kürəsinin sonu çatacaq. Bütün canlılar məhv olacaq. Amma insanlar yeni bir planetdə həyatlarını davam etdirməyi bacaracaqlar.
3803-cü il. Yeni planetdə insanların sayı yavaş-yavaş artacaq. İnsanlar arasında əlaqə zəifləyəcək. Yeni planetin iqlimi insan orqanizmini dəyişdirəcək. İnsanın görünüşü dəyişəcək.
3854-cü il. Mədəniyyətlərin inkişafı tamamilə dayanacaq. İnsanlar heyvanlar kimi sürü halında yaşamağa başlayacaqlar.
3871-ci il. Yeni peyğəmbər peyda olacaq və insanlara əxlaqi dəyərləri öyrədəcək.
3878-ci il. İnsanlar yeni mədəniyyət quracaqlar.
4302-ci il. Yeni şəhərlər tikiləcək.
4304-cü il. Bütün xəstəliklərin qarşısı alınacaq.
4308-cü il. İnsanlar beyinlərinin 34%-dən istifadə edəcək. Pislik və nifrət tamamilə yox olacaq.
4674-cü il. İnsanlar yadplanetlilərə oxşayacaq. Müxtəlif planetlərdə yaşayanların sayı 340 milyarda çatacaq.
5076-cı il. İnsanlar kainatda daha da uzaqlara getmək istəyəcək. Lakin 40% bunun əleyhinə olacaq.
5079-cu il. Dünyanın sonu yaxınlaşacaq

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu