Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
17260
27.01.2021, 22:57
Məşhur Şuşa türməsi...
Bu divarlar arasında çox sirr yatır. Nələri, kimləri görməyib bu divarlar?
Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırır.
Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb.
Şuşa türməsi həm də tarixi abidə, arxitektura nümunəsidir. Buna görə də bura tikinti-arxitektura baxımından öyrənilməli, qorunmalıdır.
Şuşa həbsxanası Rusiya imperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ət qatı cinayətkar hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Rusiya imperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib.
1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.
Torpaqların işğalından sonra Azərbaycanın yaşayış məntəqələrindən girov düşən və yaxud da əsir düşən hərbçilərimiz, mülki vətəndaşlarımız bu məşhur Şuşa türməsində min bir əziyyətə düçar oldular. Erməni cəlladları onların bəzilərinə burada işgəncə verərək öldürdü. Bəziləri isə, necə deyərlər, qəlbində ağır yaralarla bu gün də unuda bilməyəcəkləri dəhşətlərlə, unuda bilməyəcəkləri xatirələrlə geri, Azərbaycana qaytarıldılar.
Həmçinin oxuyun
İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.
SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir.
Həbsxananın qapısından içəri girəndə tükürpərdən mənzərə ilə qarşılaşırsan. Kameralardan gələn üfunət iyi adamın başını çatladır. Kirli divarlar, yarıqaranlıq otaqlar, ağır dəmir qapılar burda saxlanan insanların necə dəhşətli günlər keçirməsi haqqında ilk baxışdan təəssüratlar oyadır.
Azərbaycanlı girovların, azərbaycanlı qız-gəlinin, azərbaycanlı hərbçilərin min bir əziyyət, zülm gördüyü Şuşa türməsinin içindəyik. Əsir və girovlar bura salınıb və bu dəmir barmaqlıqların arxasında saxlanılıblar. Bu isə türmənin hamamıdır - buna da hamam demək olarsa.
Yanıma gələn əsgər məni Dilqəmlə Şahbazın saxlanıldığı kameraya apara biləcəyini deyir. Əsgərlə tək adamlıq kameralar olan yerə gəlirik. Dilqəm Əsgərov və Şahbaz Quliyev 6 il burada saxlanılıblar. Görəsən, onları hansı kamerada saxlayıblar?
Mənbə: APA TV
01:00 / 04 İyul 2025
Daha bir güləşçimiz Avropa çempionu oldu
20
23:42 / 03 İyul 2025
Bu sahələrdə işçi çatışmır - VİDEO
33
22:37 / 03 İyul 2025
Gəncədə hovuza düşən yaşlı kişi boğulub öldü
30
22:12 / 03 İyul 2025
Starmer istefa verə bilər
31
21:52 / 03 İyul 2025
Rusiya-Azərbaycan münasibətlərini pozan daha bir “düşmən” tapıldı: Türkiyədən açıqlandı
516
21:46 / 03 İyul 2025
Türkiyədə dənizə girmək qadağan edildi
37
21:39 / 03 İyul 2025
Yeniyetmə su anbarında boğuldu
36
21:35 / 03 İyul 2025
Polşa Litva və Almaniya ilə sərhədə qoşun yeritməyi planlaşdırır
42
21:33 / 03 İyul 2025
Qışda yemək üçün giləmeyvəni necə donduraq?
38
21:23 / 03 İyul 2025
Hava ilə bağlı xəbərdarlıq
406
21:20 / 03 İyul 2025
Rusiyada 42 nəfər zəhərləndi
40
21:16 / 03 İyul 2025
İran onları ölkədən qovur
49
21:14 / 03 İyul 2025
"Melissa Group" və mülkün sahibi razılaşıb, Alatavadakı qalmaqallı mülk sökülüb - FOTO
41
21:13 / 03 İyul 2025
ABŞ və İran Norveçdə nüvə danışıqları apara bilər
47
21:00 / 03 İyul 2025
Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... - VİDEO
43
20:06 / 03 İyul 2025
Rusiya ordusu Afrikada Əl-Qaidənin hücumunu dəf edib
55
19:56 / 03 İyul 2025
SON DƏQİQƏ! Emin Ağalarov açıqlama yaydı
1199
19:20 / 03 İyul 2025
Bakıda binada güclü yanğın
364
19:17 / 03 İyul 2025
Bu ərazilərdə güclü külək olacaq
52
15:00 / 03 İyul 2025
Paşinyan elektrik şəbəkələrini Karapetyandan alıb
56
14:50 / 03 İyul 2025
Səfir Böyük Britaniyanın Ukraynada sülh çağırışlarına münasibət bildirib
53
14:45 / 03 İyul 2025
ABŞ Trampın Ukraynaya marağını itirdiyini bildirib
57
14:22 / 03 İyul 2025
Rusiya-Azərbaycan münasibətləri bunlara görə pozulubmuş — Rus politoloqdan şok açıqlama
663
14:17 / 03 İyul 2025
Rusiyada xəbər saytlarımıza giriş bloklandı
176
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.