Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
3014
26.01.2021, 19:12
Azərbaycanı işğalçılardan təmizləmiş, öz qanları ilə tarixin şanlı səhifələrini yazmış və şirin canlarını Vətən yolunda fəda etmiş şəhidlərimiz heç vaxt unudulmayacaq.
Oxu24.com “Vətəni yaşadanlar” rubrikasında şəhidlərdən yazmağa davam edir.
Əbədiyaşar qəhrəmanlar arasından bu gün ömür yolunu təqdim edəcəyimiz şəhidimiz Fərid Təşkilat oğlu Hacıyevdir.
Fərid Hacıyev 1989-cu il oktyabrın 4-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Fərid cəmi 4 yaşı olanda doğma yurdu Cəbrayıldan didərgin düşmüşdü... Və elə vətən həsrəti ilə də böyümüşdü. Hərb sənətinə məktəb vaxtlarından maraqlı idi. Cəsurlar və ceviklər, idmanın yüngül atletika növlərində məktəb komandasının tərkibində xüsusi fərqlənərək, diqqətləri özünə çəkmişdi. Fərid Hacıyev tapşırılmış işləri vaxtında və layiqincə yerinə yetirmiş, kollektiv işlərdə liderlik bacarığını nümayiş etdirməklə oxuduğu məktəbin öncüllərindən olmuşdu. 2005-ci ildə Şirvan şəhərində təşkil olunmuş “Şahin” hərbi idman oyunlarının zona yarışlarında iştirak etmişdi. Həmin yarışlarda 14 komanda arasında IV yeri tutan “Şahinlər” komandasının kapitanı məhz Fərid Hacıyev idi.
Fərid Təşkilat oğlu Hacıyev 2006-cı ildə Biləsuvar rayonundakı məcburi köçkün qəsəbəsinə fəaliyyət göstərən İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirib. Vətənə olan sevgisi onu həqiqi hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir. Və o, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Silahlı Qüvvələrdə qalır...
Şəhidin ailə üzvləri Modern.az-a onun haqqında danışıblar.
Həyat yoldaşı Azadə xanım:
“Fəridlə biz 2011-ci ildə ailə həyatı qurduq. Çox mehriban, hər şeylə maraqlanan insan idi. Fərid övladlarına qarşı qayğıkeş ata olub. Eşqin və Əli adlı 2 oğlumuz var. Həyat yoldaşım Vətəni, torpağı canından da çox sevirdi. Elə Vətən yolunda da canını fəda etdi”.
“Tək arzusu var idi, Cəbrayılı azad edib, orada şəhid olmaq...”
Fərid Vətən müharibəsindən bir ay əvvəl təlimlərə qoşulmuşdu. Müharibə başlayanda isə döyüşlərə tam hazırlıqlı şəkildə cəbhəyə yollanmışdı.
Xanımı Azadə Hacıyeva: “Həyat yoldaşım hər söhbətimizdə Cəbrayılı görmək, rayonun azad olunmasında iştirak etməyi arzulayırdı. Bir tək arzusu var idi: Cəbrayılı azad etmək, doğma torpaqlarda şəhid olmaq...
Müharibədə olan zaman övladlarımızdan ötrü çpx darıxırdı. Zəng edəndə məndən özümüzdən müğayət olmağımızı, oğullarımızı savadlı böyütməyimizi istəmişdi”.
Fərid Hacıyev 2014-cü ildən həyatını hərbi sahə ilə bağlamışdı. İlk vaxtlar Beyləqanda, daha sonra Lələtəpədə xidmət etmişdi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdi.
“Fəridin cəsurluğundan onu tanıyan hər kəs danışır. O, yaralanmağına baxmayaraq yenə də döyüşlərdən qalmamışdı. Qorxusu yox idi, torpaqlarımızı azad etmək istəyi onda hər şeydən güclü idi”, - şəhidin həyat yoldaşı deyir
Azadə xanım söhbətə davam edir:
“İndi uşaqlarımız Fəridi soruşur, “ata hardadır?”,- deyə soruşurlar. Mən isə ətraflı cavab verə bilmirəm. Cavab verəndə də “Ata ən uca zirvədədir” deyib onları ovduram.
Mənimlə eyni qisməti yaşayan şəhid qadınlarına onu demək istəyirəm ki, dözümlü olun, yoldaşlarımız ən uca, şərəfli məqama yüksəlib”.
Həmçinin oxuyun
Fəridin gələcək üçün çox planları var imiş...
“Başda doğulduğum Cəbrayıl rayonu olmaqla Laçının, Şuşanın azad olunma xəbərini ailəmə verərək, onları sevindirəcəm. Onlara Cəbrayıldan bir ovuc torpaq aparacam” deyən Fəridin bütün arzuları elə onunla birgə şəhid olur.
Bacısı deyir ki, Fəridlə onun doğum günü eyni tarixdə, oktyabrın 4-dədir:
“Mənə “Bacı, bir həftə sonra gələcəm, hər il olduğu kimi səni ad günündə tək qoymayacam” dedi. Amma, sözünü tuta bilmədi...”.
Bacı qardaşını ad günündə qucaqlamağı xəyal edərkən, oktyabrın 1-də onun tabutuna sarıldı...
“Mən onu qucaqlayıb, necə darıxdığımı söyləməyi xəyal edirdim. Amma, o, məni bir ömürlük tək qoydu”.
Şəhidin qardaşı Yalçın Hacıyevin sözlərinə görə, müharibə zamanı Fəridin idarə etdiyi maşını erməni tərəfi yarasız hala salıb:
“Fərid ilk vaxtlar sürücü idi. Döyüş zamanı Fəridin maşını qarşı tərəfin açdığı atəş nəticəsində yarasız hala düşür. Sonra Fərid döyüşçü kimi mübarizə aparır”.
Fərid Hacıyev sentyabrın 30-da Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralı mayoru döyüş bölgəsindən çıxaran zaman minaya düşərək, şəhid olub.
Yeri gəlmişkən, Fəridin qardaşı Samid Hacıyev də cəbhə bölgəsində hərbi xidmətə davam edir.
Fərid şəhid olanda hər bir valideyn kimi atası Təşkilat Hacıyevə də övlad itkisi ağır gəlmişdi. O, Fəridinn şəhid olduğu barədə xəbəri alandan sorna bərk sarsıntı keçirmiş, infarkt olmuşdu. Ürəktutması səbəbi ilə “Zəfəran” klinikasında cərahiyyə əməliyyatına məruz qalan şəhid atası təəssüf ki, elə oradaca koronavirus infeksiyasına yoluxdu. Vəziyyəti ağırlaşanda onu Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirdilər.
Fəridin anası Zəminə Quliyeva həyat yoldaşı Təşkilat Hacıyev ağır vəziyyətdə olanda müvafiq qurumlardan kömək istəmişdi...
Təəssüf ki, xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulan şəhid atasını xilas etmək mümkün olmadı... 2020-ci il dekabrın 20-də övlad itkisinə dözə bilməyən ata da bu dünyadan köçdü...
Fərid Hacıyev şəhid olmazdan öncə vəsiyyətində iki azyaşlı övladını – oğlanları Eşqin və Əlini atasına əmanət etsə də, amansız xəstəlik Təşkilat kişiyə oğlunun əmanətə sahib çıxmağa imkan vermədi.
Şəhid Fərid Hacıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidimizə də, onun yoxluğuna dözə bilməyən atasında rəhmət eləsin!
Mənbə: Modern.az
Fidan İlqarqızı
20:24 / 18 Mart 2025
ABŞ HƏMAS-ı Qəzzada yenidən döyüşlərdə ittiham edir
8
20:23 / 18 Mart 2025
İsrail ordusu HƏMAS-ın rəhbərliyini sıradan çıxarıb
9
19:08 / 18 Mart 2025
Tramp ABŞ sanksiyalarına yenidən baxmağı əmr edib
42
19:06 / 18 Mart 2025
Poroşenko Zelenskini diktaturaya doğru irəliləməkdə ittiham edib
44
19:03 / 18 Mart 2025
Norveç Ukraynada sülhməramlıların yerləşdirilməsi ehtimalından danışıb
42
18:54 / 18 Mart 2025
Polşa ABŞ-ın Rusiyanı tələyə salmaq cəhdi barədə xəbərdarlıq edib
43
18:43 / 18 Mart 2025
Ağ Ev Putindən nə gözləyir?
46
18:30 / 18 Mart 2025
Vardanyanın məhkəməsində baş verənlər
61
18:07 / 18 Mart 2025
SON DƏQİQƏ! Bakıda güclü yanğın: Ölənlər var
905
17:46 / 18 Mart 2025
İlham Əliyev sərəncam imzaladı
578
17:34 / 18 Mart 2025
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
57
16:39 / 18 Mart 2025
Somalidə prezidentin korteji partladılıb
63
16:25 / 18 Mart 2025
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
76
16:12 / 18 Mart 2025
Ukraynada hava hücumu xəbərdarlığı elan edilib
71
15:17 / 18 Mart 2025
Azərbaycanda aktrisa vəfat etdi
543
15:14 / 18 Mart 2025
Qazaxıstan Nüvə Enerjisi Agentliyi yaradacaq
94
14:59 / 18 Mart 2025
Ukraynalılar Kurski niyə tərk etdilər?
102
14:54 / 18 Mart 2025
Bu ölkələr mina müqaviləsindən çıxdılar
102
14:50 / 18 Mart 2025
ABŞ Çinə qaz tədarükünü dayandırıb
94
13:56 / 18 Mart 2025
HƏMAS Qəzzada döyüşlərin yenidən başlamasına münasibət bildirib
96
13:52 / 18 Mart 2025
Moldova Aİ-dən 1,9 milyard avro alacaq
96
13:29 / 18 Mart 2025
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
103
13:03 / 18 Mart 2025
SON DƏQİQƏ! DTX onu həbs etdi — DETALLAR
1455
12:37 / 18 Mart 2025
Əhaliyə xəbərdarlıq edildi: Martın 19-da...
254
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.