Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4699
15.01.2021, 21:10
Azərbaycanda nisbətən ucuz qiymətə quraşdırma evlərin satışı başlayıb.
Oxu24.com xəbər verir ki, belə evləri ölkədə tikinti-şuraşdırma ilə məşğul olan şirkətlərdən biri təqdim edir.
Quraşdırma evlər iki formada – prefabrik və konteyner formasındadır. Prefabrik – öncədən zavodda istehsal edilmiş hazır məhsuldur və Avropada, dünyanın inkişaf etmiş ölkələrində geniş yayılıb, Azərbaycanda da bu tip evlərə maraq artır.
100 kv.m prefabrik ev müştərinin torpaq sahəsində hazırlanır və 45-65 gün ərzində müştəriyə təhvil verilir. Prefabrik evlər monolit beton üzərinə qalvanizə edilmiş profillərlə quraşdırılır. Daha sonra evin divarları fibersement lövhələrlə üzlənir, sonra daş yunu ilə izolyasiya edilir. Evin dam örtüyü metal örtüklər və aksesuarla bağlandıqdan sonra təmir işlərinə start verilir. Daha sonra santexnika, elektrik xətləri, tavan və divar panellərindən istifadə edilərək evin interyer hissəsinin quraşdırılması həyata keçirilir.
100 kv.m evin qiyməti 35 min manatdan başlayır. Ev təmirıi şəkildə təhvil verilir. Təmir paketlərinə görə qiymət arta bilir.
Konteyner evlər isə iki formatda hazırlanır. Müştərinin torpaq sahəsində və emalatxanada. Hər iki halda onlar hazır şəkildə yığılırlar. Konteyner evlər dəmir örtüklərdən və ya fibersement örtüklərindən istifadə edilərək 15 gün ərzində hazırlanıb müştəriyə təhvil verilir. Bu ən çox dağlıq ərazilərdə və ya bağ evlərində yaşayan müştərilərimizə təklif olunur.
Konteyner evlər modul tiplidir, yəni onları bir müddətdən sonra bir yerdən başqa bir yerə daşımaq mümükündür. Burada müştərinin ziyanı sıfıra bərabərdir.
Müştəri bir torpaq sahəsindən digər torpaq sahəsinə yaşadığı evi apara bilir. Prefabrik evdə də bu mümkündür.
Sadəcə bu halda müəyyən zaman çərçivəsində prefabrik ev yerindəcə sökülür və digər yerdə yenidən qurulur. Bu da müştəriyə əlavə xərc hesabına başa gəlir.
14:24 / 14 Noyabr 2026
21
14:19 / 14 Noyabr 2026
39
14:15 / 14 Noyabr 2026
43
14:09 / 14 Noyabr 2026
115
13:50 / 14 Noyabr 2026
865
13:48 / 14 Noyabr 2026
93
13:16 / 14 Noyabr 2026
86
13:03 / 14 Noyabr 2026
92
12:49 / 14 Noyabr 2026
116
12:25 / 14 Noyabr 2026
107
12:09 / 14 Noyabr 2026
121
11:58 / 14 Noyabr 2026
119
11:50 / 14 Noyabr 2026
102
11:39 / 14 Noyabr 2026
101
11:32 / 14 Noyabr 2026
110
11:19 / 14 Noyabr 2026
120
11:09 / 14 Noyabr 2026
115
11:00 / 14 Noyabr 2026
135
10:58 / 14 Noyabr 2026
120
10:46 / 14 Noyabr 2026
132
10:36 / 14 Noyabr 2026
126
10:17 / 14 Noyabr 2026
117
09:59 / 14 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.