Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40093
az

Döyüşün 2-ci mərhələsi başlayacaq, Naxçıvandan İrəvanın vurulması… - Zülfüqarov AÇIQLADI

19:5312 Oktyabr, 2020
5221
ÖZƏL BÖLÜM
  • A
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur”. Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq diplomat Ermənistan və Azərbaycan arasında döyüşlərin ikinci mərhələsinin başlayacağını istisna etməyib: “İkinci döyüş mərhələsinə, yəni iki ölkənin bütün sərhəd boyu genişmiqyaslı əməliyyatlar mərhələsinə hazır olmalıyıq. Dünən yazdığım “Ermənistanın Gəncəyə raket zərbəsinə cavab olaraq, Naxçıvandan İrəvandakı Müdafiə Nazirliyinin binasına zərbə vurulmalıdır” fikrim bəyənilməklə yanaşı, KTMT-nin buna reaksiyası ilə bağlı suallar da verildi. Bu məsələlərlə əlaqədar bir neçə məqamı qeyd etmək istərdim. Birincisi, Ermənistan KTMT-ni bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur. İkincisi, Rusiya silahlı qüvvələrinin birbaşa müdaxiləsi və ya şərti təmas xəttində vəziyyətin dondurulmasına imkan verəcək. Üçüncüsü, KTMT nizamnaməsinə görə, Silahlı Qüvvələrin istifadəsinə dair qərar müzakirə prosedurundan sonra verilir. Bu prosedurun “gizli şəkildə” aparılması ermənilərin mənafeyinə uyğundur, çünki heç bir iştirakçı ölkənin ictimaiyyəti ermənilərin məntiqsiz fikirləri üçün əsgərlərinin ölümünü qəbul etməyəcək. Dördüncüsü, bu səbəbdən Azərbaycan ilk növbədə yalnız Rusiyada deyil, digər ölkələrdə də media məkanında bu məsələnin ictimai müzakirəsinə başlamalıdır. Beşincisi, belə bir müzakirəyə başlamağımızın səbəbi Azərbaycan Prezidentinin ayrı-ayrı dövlətlərin başçılarına mövcud vəziyyətlə bağlı mövqeyimizi əks etdirən açıq mesajı ola bilər. Altıncısı, ermənilərin təxribatlarına cavab olaraq, obyektiv nəzarət məlumatları təqdim edərək, düşmən atıcılarının yerləşdirilməsi və sahələri barədə ictimaiyyətə məlumat verilməlidir. Yeddincisi, hər iki dövlətin ərazisindəki döyüş əməliyyatları zonasının genişləndirilməsi düşmən qüvvələrinin parçalanmasını təmin edəcək ki, bu da onu ordumuzun hücum istiqamətlərinə cəmləşmə imkanından məhrum edəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
Rusiyanın bu silahı var imiş - Kreml rəsmi video yaydı
Azərbaycan orduusnun əməliyyata keçirdiyi məxsi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi