Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3757
14.09.2020, 15:51
İki xəstə övlada baxan ana mətbuat vasitəsi ilə aidiyyatı qurumlara və rəhbər şəxslərə müraciət edib.
Oxu24.com xəbər verir ki, Şuşa şəhərindən məcburi köçkün olan və hazırda Sumqayıt şəhərində məskunlaşan Ələsgərovlar ailəsi Dövlət başçısına və Birinci Vitse Prezidentə müraciət edib.
Ələsgərova Gülnar Faiq qızının sözlərinə görə, iki qız övladı var. Onun uşaqları anadangəlmə autizm xəstəsidir. Ananın sözlərinə görə, iki xəstə uşağı kirayələrdə saxlamaq və müalicə etdirməyə artıq nə maddi, nə də fiziki güc qalıb.
“Böyük qızım Ələsgərli Zəhra 2011-ci ildə anada olub. Uşaq anadan olan zaman qüsurlu doğulub. Sonradan bir çox yerlərdə müayinə etdirdik. Həkimlər uşağa autizm sindromu diaqnozunu qoydu.O vaxtdan ağır müalicələrə başladıq.Bu gün Zəhranın 9 yaşı var. Hər gün xüsusi dərman qəbul edir.”
Gülnar Ələsgərovanın sözlərinə görə iki xəstə uşaqla kirayələrdə qalmaq onlara əlavə çətinlik yaradır.
“Biz Şuşa şəhərindən məcburi köçkünük.Bizim çox dəyərli birinci xanım Mehriban xanıma müraciət etmək istəyirəm.Düzdür, bu günə kimi Dövlət qurumlarına rəsmi müraciət etməmişik. Xahiş edirik ki, Mehriban xanım bizim evlə təmin olunmağımıza və övladlarımızın müalicəsində bizə yardım etsin. Mətbuatdan Mehriban xanımın çox humanist və gözəl insan olduğunu görürük.Ümid edirəm ki,bizim də problemlərin həllində yardım edəcək”.

“Kiçik qızım da xəstədir. Mədəsində yara var.Onun da müalicəsi böyük məbləğdə pullar tələb edir. Düzdür,Dövlətimiz bizə uşaqların xəstəliyi üçün aylıq 150 manat pensiya kəsib. Amma dərmanlar çox pul tələb etdiyindən bu pul kifayət etmir. Kirayələrdə qalmağımız bizə əlavə yükdür.”
Ələsgərovla ailəsi müraciətində onların məcburi köçkün kimi evlə təmin edlməsini xahiş edib.
Ailənin video müraciətini təqdim edirik:

16:33 / 16 Noyabr 2026
47
16:25 / 16 Noyabr 2026
65
16:17 / 16 Noyabr 2026
59
16:12 / 16 Noyabr 2026
96
16:08 / 16 Noyabr 2026
98
15:45 / 16 Noyabr 2026
69
15:18 / 16 Noyabr 2026
107
15:00 / 16 Noyabr 2026
104
14:30 / 16 Noyabr 2026
212
14:24 / 16 Noyabr 2026
114
14:19 / 16 Noyabr 2026
152
14:14 / 16 Noyabr 2026
114
14:10 / 16 Noyabr 2026
155
14:05 / 16 Noyabr 2026
116
14:00 / 16 Noyabr 2026
110
13:51 / 16 Noyabr 2026
159
13:47 / 16 Noyabr 2026
658
13:41 / 16 Noyabr 2026
138
13:40 / 16 Noyabr 2026
135
13:38 / 16 Noyabr 2026
387
13:35 / 16 Noyabr 2026
109
13:22 / 16 Noyabr 2026
161
13:16 / 16 Noyabr 2026
533
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.