Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29999
az

Özünə dəbdəbəli türmə tikən, prezidentə qarşı təxribat törədən narkobaron haqda şok faktlar

00:3829 Aprel, 2020
638
  • A

Pablo Eskobarın adı gələndə çoxumuzun gözü önündə qanlı pullarını üşüyən qızı uğrunda yandıran İuda canlanır. Həyatı qaranlığa bürünmüş bu insan haqda bilmədiyimiz onlarla fakt var.

Publika.az onların bir neçəsini təqdim edir.

Robin Hud obrazı

Qəribədir ki, qanlı terrorların atası olan Eskobarı çoxu Robin Hudla müqayisə edirdi. Çünki xalqı üçün məktəblər, idman sahələri inşa etdirir, xeyriyyə işlərinə milyonlar xərcləyirdi. Kasıb məhəllələrin atası sayılırdı Eskobar... Evsizlər üçün tikdirdiyi məhəllələr bu gün də narkobaronun adı ilə anılır. Eskobar öz PR siyasətini yürütməkdən zövq alır, bir gün Kolumbiyanın prezidenti olacağına ümid bəsləyirdi. Hətta onun izinə düşən beynəlxalq təhlükəsizlik təskilatları etiraf edirdilər ki, xalqın ona olan məhəbbəti narkobaronu su üzünə çıxarmağa mane olurdu. Kasıb kolumbiyalılar Eskobarı Tanrı qədər sevirdilər.

Təyyarədə 107 nəfərin ölüm səbəbkarı

1989-cu ildə "Boinq 727" Kolumbiya səmasında partlayır. Qəza nəticəsində 107 nəfər dünyasını dəyişir. Sonralar məlum olur ki, Eskobar bu terror aktını Kolumbiya prezidentliyinə namizəd Sesar Qaviria Truxoliyonu qorxutmaq üçün gerçəkləşdirib. Təyyarədə 2 ABŞ vətəndaşının da ölməsi prezident Buşu Eskobarın ovuna sövq etmişdi. 1993-cü ildə isə Pablo Eskobarın bombası yenə 20 nəfərin canını alır. Ölənlər arasında 4 uşaq da vardı. Boqotanın kitabxanasında törədilən terror zamanı 70 nəfər yaralanmışdı. Eskobar bu vəhşiliklə prezident Qaviriaya hüquqlarını tələb etdiyini bildirmişdi.

Yeniyetmə qızlardan ibarət hərəm

Pablo 26 yaşında ikən 15 yaşlı Mariya Viktoriya ilə evlənmişdi. Bəlkə də yeniyetmələrə olan ehtirası buradan formalaşmışdı. Kolumbiyanın bütün kasıb məhəllələrində yaşayan yeniyetmə qızlar Pablonun hərəminə gətirilirdilər. Hətta bir dəfə Eskobarın eyş-işrət gecəsindən sonra polis 24 qızın cansız bədənini tapır. 1991-ci ildə Eskobar özünə təmtəraqlı türmə tikdirir. Hər dəfə cinayətlərinə görə təslim olanda, özünü saraydan da gözəl türməsinə həbs etdirirdi. Qəribəsi odur ki, ölkə polisi bu binanın 5 kilometrinə də yaxın dura bilmirdi. Qara işlərini özünü həbs etdiyi zindanından idarə edir, yeniyetmə qızların istismarından qalmırdı.

Ailəsinin əzrayılı Eskobar

Eskobar öləndən sonra da ailəsi cəhənnəmin odunda yanmağa davam edir. Arvadı və oğlu Argentinaya köçür, sürgün həyatı sürür, adlarını dəyişir. Argentinada ikən qara pullar yumaq cinayətinə görə 15 aylıq həbs olunurlar. Lakin dəlil çatışmazlığı ucbatından azad olunurlar. Avadı etiraf edirdi ki, narkobaronun qara nəfəsi əbədiyyətədək onlarla olacaq. Sanki bütün dünya Eskobarın ruhu ilə də savaşırdı.

Qardaş qatili

Eskobarın oğlu Xuan Sebastyan Marrokin Santos atasının ölümündən uzun illər sonra "Pablo Eskobar-Mənim atam" kitabını yazır. Burada atasının ölümündə doğma qardaşının əli olduğunu da açıqlayır. "Əmim Roberto Eskobar mühasibatçı idi. Atamın əsas düşməni qardaşı idi. Həmişə də gizli təşkilatlarla onun məhvinə çalışırdı".

Xatırladaq ki, Pablo Eskobarın ölüm tarixi bu gün də Kolumbiyanın kasıb təbəqəsi üçün milli matəm günüdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi