Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
628
04.03.2020, 12:16
Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı davam edir.
Oxu24.com xəbər verir ki, dünən bu məsələ ilə bağlı Rafael Cəbrayılovun apellyasiya şikayətinə baxılıb. Lakin məhkəmə keçmiş deputatın şikayətini təmin etməyib.
Rafael Cəbrayılovun borclu olduğu Təranə Fətəliyevanın bldirdiyinə görə, keçmiş deputat hər vəchlə borcunu ödəməkdən yayınmağa çalışır. "Abşeron Rayon Məhkəməsi mənim iddiamı təmin etmişdi. Amma Rafael Cəbrayılov apellyasiya şikayəti verdi. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmədi. Buna baxmayaraq, Rafael Cəbrayılov borcunu ödəməyəcəyinə eyham edir", -deyə Təranə Fətəliyeva bildirib.
Yenisabah.az-ın əldə etdiyi başqa bir məlumata görə, artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bu işlə maraqlanır. Rafael Cəbrayılovun borclu olduğu şəxslər quruma dəvət edilib və onlardan baş verənlər barədə izahat alınıb. Həmçinin, məlum olur ki, Rafael Cəbrayılov 13 nəfərə ümumilikdə 1 milyondan artıq pul borcludur.
Həmçinin oxuyun
Məlumatda qeyd olunur ki, məhkəmə çəkişməsini uduzmasına, barəsində prokuroluğa şikayət edilməsinə baxmayaraq, Rafael Cəbrayılov özünü arxayın aparır. Hətta şikayətçilərə bildirir ki, heç bir şeydən çəkinmir. İddia olunur ki, keçmiş deputat arxayınlığını onlara hakimiyyətdə ciddi dayaqları olması ilə izah edib.
Bu baxımdan şikayətçilər yaxın vaxtlarda mətbuat konfransı keçirmək və Prezident İlham Əliyevə müraciət etmək niyyətindədirlər.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.
00:07 / 28 Aprel 2026
1
23:26 / 27 Aprel 2026
155
22:44 / 27 Aprel 2026
46
22:42 / 27 Aprel 2026
189
22:42 / 27 Aprel 2026
59
22:32 / 27 Aprel 2026
100
22:26 / 27 Aprel 2026
50
22:13 / 27 Aprel 2026
52
22:09 / 27 Aprel 2026
70
22:01 / 27 Aprel 2026
185
21:56 / 27 Aprel 2026
1291
21:53 / 27 Aprel 2026
72
21:52 / 27 Aprel 2026
50
21:43 / 27 Aprel 2026
324
21:40 / 27 Aprel 2026
65
21:38 / 27 Aprel 2026
70
21:27 / 27 Aprel 2026
82
21:15 / 27 Aprel 2026
167
21:02 / 27 Aprel 2026
89
20:45 / 27 Aprel 2026
66
20:30 / 27 Aprel 2026
225
20:22 / 27 Aprel 2026
195
20:08 / 27 Aprel 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.