Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
664
02.10.2024, 15:08
Övladını görə bilməyən ata media vasitəsi ilə kömək istəyib.
Bakı şəhər sakini İsmayılov Eyvaz həyat yoldaşından boşandıqdan sonra övladı ilə görüşə bilmədiyini və övladının hazırda təhlükədə olması barədə mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.
Oxu24.com xəbər verir ki, CityPost.az saytına danışan Eyvaz İsmayılov bildirib ki, həyat yoldaşı Səfurə Qasımova ilə rəsmən boşandıqdan sonra azyaşlı övladı ilə vaxtında görüşə bilmir.
“Övladım Elçin İsmayılov 6 yaşındadır. Özü də qüsurlu uşaqdır. Bu günün özündə danışa bilmir. Yoldaşımla boşandıqdan sonra məhkəmə həftədə 5 saat görüş təyin edib. Uşaq Ucar rayonu,Qarabörk kəndində anası ilə birlikdə yaşayır. Mən isə Bakı şəhəri,Yasamal rayonunda yaşayıram. Bu səbəbdən də mənim uşağımla normal şəkildə görüşməyim süni əngəllərlə məhdudlaşdırılır. Bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasınına müraciət etmişəm. Onların saxta faktlara əsaslanan qərarına etiraz etdiyimi və daha yüksək qurumlara onlardan şikayət etdiyim üçün təyziqlərə məruz qalmışam. Komissiyanın sədri Təravət Muradova və oranın əməkdaşı Elçin Əhmədov şikayət etdiyim üçün məni ölümlə hədələyirlər. Bu qanunsuz əməllərlə bağlı Yasamal Rayon Prokurorluğuna şikayət də etmişəm”,- deyə şikayətçi bildirib.
Eyvaz İsmayılov bildirib ki, 6 yaşlı övladının həyatı hər an təhlükədədir.
O,hazırda ruhi xəstə olan dayısı Qasımov Abbas Füzuli oğlu ilə Ucar rayonunun Qarabörk kəndində bir evdə yaşayır. Azyaşlı övladının ruhi əsəb xəstəsi ilə bir evdə yaşaması atanı narahat edir. Bu səbəbdən də övladının yaşayış yerinin dəyişdirilməsini tələb edir.
“ Keçmiş qaynım Abbas Qasımov ruhi əsəb xəstəsidir. Arayışa görə O, 29 sentyabr 2007-ci il tarixdən “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyata alınıb. Mütəmadi olaraq 24.04.2020-ci ildən 26.10.2021-ci il tarixə qədər xəstəxanadan pulsuz dərmanlar alıb. İstifadə etdiyi dərmanlar arasında Amitriptilin,Tezersin,Xlonozepam,Leponeks,Trftazin və Cucladol var. Bu qədər ağır dərmanlar hesabına idarə olunmağa çalışan ruhi-əsəb xəstəsi ilə mənim azyaşlı və qüsurlu övladım necə yaşaya bilər?
Bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına faktları təqdim etsəm də hansısa maraqları hesabına bu faktları rəyə daxil etməyiblər. Mən buradan övladımın təhlükədə olması barədə aidiyyatı qurumlara müraciət edirəm.Mövcud təhlükə barədə əvvəlcədən xəbərdarlıq edirəm”,-deyə Eyvaz İsmayılov bildirib.
Həmçinin oxuyun
Eyvaz İsmayılov bildirib ki, övladının bu gün təhlükədə olmasına səbəb Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Təravət Muradova,əməkdaş Elçin Əhmədov və Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Aida Qəhrəmanova və komissiya üzvü Xəyyam Səmədzadədir. Məlumat üçün qeyd edək ki, şikayət edən şəxsin övladı faktiki olaraq Ucar rayonu,Qarabörk kəndi ərazisində yaşayır. Qeydiyyat isə Yasamal rayonunda olduğu üçün yekun rəyi məhz Yasamal rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası verir.
CityPost.az məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası ilə əlaqə saxlayıb. Komissiyadan şifahi verilən məlumata görə uşağın faktiki yaşadığı ərazi olan Ucar rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən onlara rəy təqdim olunub. Həmin təqdim olunmuş rəy əsasında onlar da öz rəylərini tərtib ediblər.
CityPost.az məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası ilə əlaqə saxlayıb. Komissiyanın katibi Xəyyam Səmədzadə saytımıza açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı komissiya tərəfindən araşdırma aparılıb.
Müxbirimizin “Azyaşlı uşağın ruhi-əsəb xəstəsi ilə bir evdə yaşaması sizi bir vəzifəli şəxs kimi narahat etmirmi”, sualına o belə cavab verib:
-“Biz dəfələrlə həmin evdə olmuşuq.Uşağın anası Səfurə Qasımovanın bildirdiyinə görə,o uşağı ilə birlikdə bibisi qızının evində yaşayır.Biz də tərtib etdiyimiz aktda bu məlumatı qeyd etmişik.”,-deyə o bildirib.
Uşağın ruhi əsəb xəstəsi ilə eyni evdə yaşadığını sübut edən video
CityPost.az azyaşlı uşağın harada qalması ilə bağlı müstəqil mənbələrə istinadən araşdırma aparıb.Məlum olub ki, Səfurə Qasımova azyaşlı övladı ilə həqiqətən də ata-anasının evində,ruhi-əsəb xəstəsi olan qardaşı ilə birlikdə yaşayır. Yalnız komissiya günləri olduqda müvəqqəti olaraq qohumunun evinə köçür. Bununla bağlı saytımızın əməkdaşı video görüntülərin olduğu faktları əldə edib.Maraqlıdır ki, qeyd olunan faktlara sədri Aidə Qəhrəmanova olan Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası hansı maraqlara əsasən göz yumub?
CityPost.az məsələnin digər detallarını da araşdırır...
21:11 / 07 May 2025
Tramp ABŞ-ın İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfədən danışıb
11
21:00 / 07 May 2025
Səhərlər bunu içən gec qocalır
13
20:55 / 07 May 2025
Braziliya prezidenti Lula da Silva Moskvaya gəlib
13
20:39 / 07 May 2025
İlham Əliyev buna görə Moskvaya getmir — DETALLAR ÜZƏ ÇIXDI
589
20:26 / 07 May 2025
ABŞ-dən sensassion xəbərdarlıq: Azərbaycanın qonşu ölkəsində nə olacaq?
126
20:23 / 07 May 2025
Vatikanda yeni Roma Papası üçün seçkilər başlayıb
21
20:17 / 07 May 2025
İtaliyalı tennisçi karyerasını başa vurduğunu açıqlayıb
22
20:12 / 07 May 2025
Pomidorla bağlı mühüm qərar verildi - rəsmi
46
20:09 / 07 May 2025
Netanyahunun Bakıya gəlməməsinin ilginc səbəbi – Bir gün öncə nə baş verib?
40
20:04 / 07 May 2025
Moskvaya PUA hücumu
33
19:48 / 07 May 2025
Həmkarının məzarını qucaqlayıb ağladı — FOTO
323
19:39 / 07 May 2025
İlham Əliyev Qələbə Paradına qatılmayacaq
84
19:30 / 07 May 2025
Bakıda ana və övladını maşın vurdu - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
391
19:26 / 07 May 2025
Hindistan işıqsız qaldı
40
19:22 / 07 May 2025
Vuçiçin təyyarəsi Moskvaya çatdı - yenilənib
42
19:22 / 07 May 2025
Putin Kadırovla Kremldə görüşüb
38
19:20 / 07 May 2025
Ukraynalılar Rusiyadakı hərbi zavodlara zərbələr endirib
34
19:17 / 07 May 2025
Estoniya hava məkanını Rusiya üçün bağladı
43
19:16 / 07 May 2025
Krım körpüsü avtomobillərə bağlanıb
38
19:09 / 07 May 2025
Qaz olmayacaq
44
19:09 / 07 May 2025
Mehriban Əliyevanın vyetnamlı Baş katibin xanımı ilə görüşü olub - FOTO
44
19:07 / 07 May 2025
Dünyanın ən gözəl çəhrayı gölü - Niyə turist yoxdur?
41
19:04 / 07 May 2025
Çin lideri Moskvadadır
40
18:59 / 07 May 2025
İlham Əliyev: Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır
44
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.