Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9809
az

Çörəyini xalqla bölən Tağıyevin faciəli ölümü - İndiyə qədər gizli qalan tarix

15:4111 Fevral, 2019
1565
OXU24 TV
  • A
 
Oxu24.com  maraqlı yazını təqdim edir:

Hacı Zeynalabdin Tağıyev XX əsrin əvvəllərində bütün müsəlmanların ağsaqqalı sayılan şəxs idi. Onun maddi sərvəti kimi, mənəvi sərvəti də çox zəngin idi və bu, Hacını hər yerdə sevdirmişdi.

Hacının böyüklüyünü göstərən bir fakt da yeganə oğlunu “bərkə-boşa” göndərərək, onu heç bir varidata arxayınlaşmasına yol verməmək idi. Cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmir. İstəsəydi, o zaman dünyanın ən dəbdəbəli toyunu edə bilərdi. Amma bunu etmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. Yeganə oğlu da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.

N.Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edildi.

{banner_reklam}

Dəfnlə bağlı vəsiyyət

Bir gün Axund Hacı Turab Hacı üçün Quranı, daha doğrusu, Yasin surəsini, oxuyub tərcümə edirdi. 82-ci ayəyə, yəni "Allah bir şeyə iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar" çatanda, Hacı soruşdu, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axund cavab verir ki, bəli!"

Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.

Bu barədə başqa bir rəvayət belədir: Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir.

Hacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir – məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çörəyini xalqla bölən Tağıyevin faciəli ölümü - İndiyə qədər gizli qalan tarix
Axırıncı Aşırım filmindən tanıdığımız Qəmlo əslində kimdir? - İllərdir  gizli  qalan  o  fakt
«Qurani-Kərim»də adı çəkilən məkan: Azərbaycanda yerləşən sirli mağarada nələr baş verib? +VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ