Həyatımızın ayrılmaz hissəsinə çevrilən veb-kameralar artıq kabusa çevrilib. Çünki bu kameralar vasitəsilə hər bir insanı istənilən vaxt izləmək mümkündür. Oxu24.com gizli kameralarla bağlı maraqlı faktları təqdim edir:2010-cu ildə Kaliforniyada bir qadının başqa bir şəxs tərəfindən izlənilməsi və bu yolla təhdid olunması məsələnin ciddiyətini qabartmışdı. Belə ki, 31 yaşlı bir kişi gənc qadının kompyuter və telefonuna müdaxilə edərək, onun şəxsi görüntülərini yazmışdı. Və bu yolla qadını təhdid etməyə başlamışdı.
Bəs hakerlər kompyuter və ya telefona necə bağlanırlar?
Siz “Skype” və ya digər görüntülü xidmətlərdən istifadə edən zaman hakerlər iş başına keçirlər. Veb-kameraya müdaxilə edirlər. Və hətta siz görüntülü danışığınızı bitirəndən sonra belə hakerlər sizin görüntülərinizə baxa bilirlər. Mətbəxdə, iş yerinizdə, qonaq otağınızda, vanna otağında və hətta yataq otağında da sizi izləyə bilərlər. Sizin şəxsi görüntüləriniz hakerin əlinə keçdikdən sonra onlar şantaja başlayırlar. Belə ki, əvvəlcə kompyuterdən qəribə səslər gəlməyə başlayır. Gecə saatlarında kompyuterdə sizin üçün mahnılar səsləndirir, və yaxud varlığını bildirmək üçün müxtəlif üsullara əl atır. Bu o deməkdir ki, siz artıq tələdəsiniz. O sizinlə əlaqə saxlamağa çalışır və şantaj mərhələsi başlayır.
Bu, kibercinayətkarlığın bir növüdür.
Ona görə də telefonunuzun və ya kompyuterinizin kamerasının söndüyündən əmin olun. Hər hansı bənzər hadisə ilə rastlaşarsınızsa texniki servislərə müraciət edin. Təqdim etdiyimiz “Webcam” qısa filmi də məhz bu mövzuda çəkilib.
Bir gün öz kompüterinizdə sizin intim görüntülər peyda olmağa başlayır. Artıq tələdəsiniz. Haker sizinlə əlaqə saxlayır və şantaj mərhələsi başlayır. 2010-cu ilin Martında Kaliforniyada 31 yaşlı bir kişi cavan xanımı bu yolla təhdid edib. "Webcam" qısa filmi də məhz bu mövzuda çəkilib. Kiber cinayət ildən-ilə populyarlaşan cinayət əməlidir. Kameranızın söndüyündən əmin olun. Hə hansı problem olarsa texniki servislərə müraciət edin.
Oxu24.com
ŞƏRHLƏR